Tağıyev: Bələdiyyələrdə maaşların ödənilməməsi problemi yoxdur
Hazırda heç bir bələdiyyə maaşları ödəyə və sakinlərə kömək göstərə bilmədiyini deyə bilməz. Bunu Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Milli Məclisdə çıxışı zamanı bildirib.
“İndi heç bir bələdiyyə deyə bilməz ki, maaşımızı verə bilmirik, kömək edə bilmirik. Heç bir bələdiyyədə belə söhbət yoxdur”, - Tağıyev deyib.
O, bələdiyyələrin fəaliyyətinin getdikcə yaxşılaşdığını və onların regionların inkişafında rolunun olduğunu bildirib.
O, bələdiyyələrin şəhid və qazi ailələrinə dəstək göstərdiyini və fəaliyyətlərinin genişlənməsində Prezident Administrasiyasının, Milli Məclisin Regional məsələlər komitəsinin və deputatların köməyinin olduğunu deyib.
Gülnar Nazimqızı
Son xəbərlər