Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
2026-cı ilin sentyabr ayında Azərbaycan qlobal "Speedtest Global Index" hesabatında sabit genişzolaqlı internetin sürətinə görə 150 ölkə arasında 81-ci yerə enərək əvvəlki ayla müqayisədə 3 pillə geriləyib.
Ölkədə sabit şəbəkə üzrə orta internet sürəti 92,94 Mbit/s təşkil etsə də, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6% artım göstərib. Mobil internet sürətinə görə isə Azərbaycan 98,92 Mbit/s göstərici ilə 100 ölkə sırasında 47-ci mövqeyini qoruyub saxlayıb.
Şəhərlərin reytinqində Bakı sabit internet üzrə 2 pillə irəliləyərək 114-cü yerə (92,5 Mbit/s) yüksəlib, mobil internet seqmentində isə 85-ci pilləyə (122,03 Mbit/s) geriləyib.
Qlobal miqyasda sabit internetdə Sinqapur (476,02 Mbit/s), mobil şəbəkədə isə BƏƏ (681,14 Mbit/s) liderlik edir. Şəhərlər arasında hər iki kateqoriya üzrə ən yüksək sürət Əbu-Dabidə (müvafiq olaraq 418,36 Mbit/s və 683,07 Mbit/s) qeydə alınıb.
N. Təbrizli