Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Orxan Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində və Bakı Dövlət Universitetində hüquqşünaslıq üzrə ali təhsil alıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura pilləsində təhsilini davam etdirib.
O, əmək fəaliyyətini Yasamal Rayon İcra Hakimiyyətində davam etdirib. 2025-ci ilin mart ayına qədər qurumun başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
4 mart 2025-ci ildə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.
Orxan Məmmədov 22 oktyabr 2026-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Son xəbərlər
Daha çox