Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib
2025-ci ilin sonunda Azərbaycanda ali təhsilli işsiz 15-29 yaşlı gənclərin sayı 9,3 min nəfər olub. Bu, 2024-cü ilin sonundakı 11,4 min nəfərlə müqayisədə 2,1 min nəfər və ya 18,4% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
15-29 yaşlı işsizlərin ümumi sayı 2025-ci ildə 99 min nəfər təşkil edib. 2024-cü ildə bu göstərici 118,1 min nəfər idi - azalma 19,1 min nəfər və ya 16,2% olub.
2025-ci ilin sonunda işsiz gənclər arasında tam orta təhsili olanların sayı 62,6 min, ümumi orta təhsili olanların sayı isə 12,1 min nəfər göstərilib. 2024-cü ildə bu rəqəmlər müvafiq olaraq 74,1 min və 14,3 min olub.
Gülnar Nazimqızı