Bakı metrosunun 27 stansiyasında defibrilyatorlar quraşdırılacaq
“Bakı Metropoliteni”nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender keçirilib və hazırda işlər son mərhələdədir.Bu barədə “Oxu.az” məlumat yayıb.
Bildirilib ki, metronun 27 stansiyası AED cihazları ilə təmin olunacaq, həmçinin digər zəruri tədbirlər görüləcək.
Avtomatik xarici defibrilyatorlar ürəyin qəfil dayanması zamanı ürəyin normal ritmini bərpa etmək üçün elektrik impulsu verən portativ tibbi cihazlardır.