• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN

Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
29.10.2026 15:40

 

2026-cı ilin yanvar-sentyabrında Azərbaycanda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə qeydə alınmış 22 804 cinayətin 90,5%-nin açılması təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. 

Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınan cinayətlərin açılma göstəricisi 93,7% olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin ümumi sayı 5,7% azalıb.

Hesabat dövründə ağır və xüsusilə ağır cinayətlər, qeyri-aşkar şəraitdə törədilən əməllər, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma, mülkiyyət əleyhinə cinayətlər, o cümlədən oğurluq, dələduzluq, quldurluq və hədə-qorxu ilə tələb etmə hallarının sayı azalıb.

Həmçinin avtonəqliyyat vasitələrinin qaçırılması, xuliqanlıq, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən, odlu silahın tətbiqi ilə və qrup halında baş verən hüquqazidd əməllərin sayında azalma qeydə alınıb.

Qeyri-aşkar şəraitdə törədilən, ağır və xüsusilə ağır cinayətlərin, əzab vermə, mülkiyyət əleyhinə cinayətlərin, o cümlədən oğurluq və dələduzluq hallarının açılması yaxşılaşıb.

Qəsdən adam öldürmə və cibgirlik cinayətlərinin açılması isə tam təmin edilib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda məktəbdə media nümayəndələrinə qarşı zorakılıqla bağlı cinayət işi başlanılıb
Cəmiyyət 16:32
Bakıda məktəbdə media nümayəndələrinə qarşı zorakılıqla bağlı cinayət işi başlanılıb
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Cəmiyyət 15:46
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Cəmiyyət 15:40
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Cəmiyyət 15:28
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Cəmiyyət 15:18
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb
Cəmiyyət 15:07
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Cəmiyyət 14:35
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Cəmiyyət 13:30
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ

ADY qatarlarında 800-dən çox əşya unudulub
Cəmiyyət 13:27
ADY qatarlarında 800-dən çox əşya unudulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol