• $
  • €
  • ₽
  • ₺
  • £

"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib


"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
30.10.2026 12:22

 

Sərfəli mobil operator “Nar” DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə davamlı əməkdaşlıq çərçivəsində mərkəzin benefisiarları və “Könüllü DOST” proqramının iştirakçıları üçün “Rəqəmsal dünyanın mexanizmi: İnternet necə işləyir?” mövzusunda təlim təşkil edib. “Nar”ın baş icraçı direktoru Özgür Genc tərəfindən keçirilən təlimdə gənclər internetin necə işlədiyi və rəqəmsal texnologiyaların imkanları ilə daha yaxından tanış olublar. Təlimə ümumilikdə 100-ə yaxın iştirakçı qatılıb.

"Unikal" xəbər verir ki, təlim zamanı iştirakçılar cihazların şəbəkəyə necə qoşulduğu, məlumatların internet üzərindən necə ötürüldüyü və veb-səhifələrin ekranda necə açıldığı barədə məlumat əldə ediblər. Həmçinin internetin inkişafında mühüm rol oynayan texnoloji yeniliklər, veb və internet arasındakı fərq, DNS sisteminin və serverlərin funksiyası sadə və anlaşıqlı nümunələrlə izah olunub. İnteraktiv formatda keçirilən təlim iştirakçılara mövzu ətrafında düşünmək və müzakirələrə qoşulmaq imkanı yaradıb.

Təlimdən əvvəl DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari “Nar”ın baş icraçı direktoru Özgür Genci və şirkətin nümayəndələrini mərkəzin fəaliyyəti ilə tanış edib. Görüş çərçivəsində qonaqlar təlim studiyalarında yaradılan şərait və burada həyata keçirilən fəaliyyətlərlə tanış olaraq tədris prosesini izləyiblər.

“Nar” inklüzivliyi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul edir və həssas qrupdan olan gənclərin rəqəmsal imkanlardan yararlanmasını vacib hesab edir. Şirkət həyata keçirdiyi təşəbbüslərlə rəqəmsal bilik və bacarıqların inkişafına, informasiya və texnologiyalara çıxış imkanlarının genişləndirilməsinə töhfə verir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə əməkdaşlıq da həssas qruplardan olan uşaqların rəqəmsal dünyaya daha yaxından bələd olması, yeni biliklər qazanması və inkişaf imkanlarının genişlənməsinə dəstək məqsədi daşıyır.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSimtexnologiyası təqdim edir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!

"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
İqtisadiyyat 12:00
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
Mikayıl Cabbarova müşavir təyin edilib
İqtisadiyyat 11:47
Mikayıl Cabbarova müşavir təyin edilib
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
İqtisadiyyat 10:42
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
"Azeri Light" neftinin qiyməti 2,5% azalaraq 122,28 dollar olub
İqtisadiyyat 09:35
"Azeri Light" neftinin qiyməti 2,5% azalaraq 122,28 dollar olub
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Türkiyə ilə nəqliyyat bağlantılarını genişləndirir - nazir
İqtisadiyyat 19:42
Azərbaycan Türkiyə ilə nəqliyyat bağlantılarını genişləndirir - nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol