• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

"Ermənistanda vəziyyət getdikcə pisləşəcək" - POLİTOLOQ RƏYİ

05.12.2014 17:04
"Ermənistanın Avrasiya İttifaqına qoşulması gözlənilən bir qərar idi".

ANN.Az xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulma barədə sənədi təsdiqləməsinə fikir bildirərkən deyib.

 "Burada sensasion bir şey yoxdur. Çünki Ermənistan Rusiyanın tam nəzarətindədir. Onun başqa seçimi də yoxdur. Ən azı Rusiyanın Ermənistandakı hərbi bazalarının Ermənistan-Rusiya ikitərəfli hərbi əməkdaşlıq haqqında müqaviləsinə əsasən indidən, bu gündən başlayaraq növbəti 48 il müddətinə hüquqi statusu var. Deməli Rusiyanın hərbi bazasının ərazisində olduğu, digər tərəfdən Azərbaycan və Türkiyə tərəfindən təcrid olunmuş Ermənistanın başqa bir seçimi ola da bilməzdi. Və nəhayət unutmayaq ki, Ermənistanın daxili siyasi durumu tamamilə Rusiyanın nəzarətindədir: müxalifəti də, iqtidarı da. Ermənistandan başqa bir qərarın verilməsini gözləmək də sadəlövhlük olardı".

Ermənistanın başqa seçimi olmadığını deyən politoloq bildirib ki, rəsmi Yerevanın ittifaqa qoşulması Ermənistanın iqtisadi durumunu yaxşılaşdırmayacaq:
"Bu mümkün də deyil. Çünki indiki şəraitdə Rusiyanın iqtisadi durumu imkan vermir ki, Ermənistana hansısa yardım etsin, yaxud da iqtisadiyyatını dirçəltsin. Vəziyyət getdikcə pisləşəcək".

Ə. Oruclu həmçinin bildirib ki, Azərbaycanın Avrasiya İttifaqına qoşulub-qoşulmaması bir çox amillərdən asılıdır:
"Güman etmirəm ki, Azərbaycan bu quruma qoşulacaq".

Tofiq Əli
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Elmin çözə bilmədiyi sirlər – MARAQLI
Dünya 18:28
Elmin çözə bilmədiyi sirlər – MARAQLI
Azərbaycanlının Mançestirə səfəri – REPORTAJ
Dünya 19:50
Azərbaycanlının Mançestirə səfəri – REPORTAJ
Alfred KOX:  Putin KQB-də nəynən məşğul olub?
Dünya 18:57
Alfred KOX: Putin KQB-də nəynən məşğul olub?
Dalana dirənmiş Rusiya
Dünya 15:36
Dalana dirənmiş Rusiya
Avropada müsəlmanlara münasibət necədir? - STATİSTİKA
Dünya 12:10
Avropada müsəlmanlara münasibət necədir? - STATİSTİKA
2014-cü ildə dünyada ən yadda qalan hadisələr - SİYAHI
Dünya 12:18
2014-cü ildə dünyada ən yadda qalan hadisələr - SİYAHI
Dünya 17:04
"Ermənistanda vəziyyət getdikcə pisləşəcək" - POLİTOLOQ RƏYİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol