• $
  • €
  • ₽
  • ₺
  • £

Dalana dirənmiş Rusiya

Dalana dirənmiş Rusiya
30.01.2015 15:36
Mixail Kasyanov

Putinin uzun illər sürən hakimiyyəti Rusiyanı dalana dirəyib. Ölkədə bütün sahələri əhatə edən bir böhran yaşanır. İqtisadiyyatı kiçilir, vətəndaşların rifah halı aşağı düşür və ölkə sivil dünyadan təcrid olur. Rusiyanın üzləşdiyi indiki durumla bağlı Putinin ağlabatan cavabı yoxdur. Onun yeganə cavabı, neftin qiymətinin əvvəlki həddə qaldırmaq və Qərbin keçmiş siyasətini geri qaytarmaqdır. Yəni qərb yenə də Rusiyanı insan hüquqları sahəsində kobud pozuntularına , eləcə də ölkənin üzərinə götürdüyü beynəlxalq təhlükəsizlik öhdəliklərini nümayişkaranə şəkildə  pozmasına göz yumsun.
Putinin xalqa - özlərinin qızışdırdığı postsovet intiqamı, imperiya, milli müstəsnalıq və lovğalıq, sivil dünyaya nifrətdən başqa verəcəyi  heç nə yoxdur.

Onun sistemi tamamilə çürüyüb - "özümüzünkülər üçün kapitalizm” müflisləşib. Putin özünə oxşatdığı sistem ilə birgə çıxıb getməlidir. Bu sistem ölkənin inkişafında ən ciddi əngəldir.

Mənim planım aydın və sadədir. Bu durumdan konstitusiya yolu ilə çıxmaq lazımdır. Bu planda əsas rolu Putin özü oynayacaq. Bu seçki deməkdir. Bizim konstitusiyada müəyyən edilmiş seçki ilimiz var. Bu 2016-cı il dekabr aydında Dövlət Dumasına keçiriləcək federal seçki və 2018-ci il mart ayında prezidentliklə bağlı keçiriləcək seçkidir. Bu məhz əsl çıxış anı və durumun dəyişdirilməsi üçün ən real yoldur. İndiki hakimiyyət üçün ən normal çıxış yolu 2015-ci il seçkisində səhnədən uzaqlaşmaq olardı.

2015-ci ildə hakimiyyət, müxalifətlə 2012-ci il yanvar-fevral ayında Bolotnoy və Saxarovda keçirdiyimiz 100 minlik mitinqlərdən sonra tamamilə məhv etdiyi münasibətlərə - siyasi islahatların keçirilməsi üçün prezidentin özünün iştirakı ilə işçi qurpunun yaradılması, əsas islahatların seçkinin şəffaf və ədalətli keçirilməsinə yönəldilməsi, FTX-nin (Rus: FSB) seçkiləri keçirməsindən uzaqlaşdırılması və vətəndaş cəmiyyətinin seçkilərə nəzarətinin təşkil olunması – qayıtmalıdır.

Ölkənin televiziyalarında aparılan isterik propoqandaya və mətbuatda olan senzuraya son qoyulmalıdır ki, ölkənin müxalifəti,  ictimai qurumları 2016-cı seçkilərində normal iştirak etsin və gələcəklə bağlı öz görüşlərini, planlarını xalqla paylaşa bilsinlər. Seçki yalnız seçkinin keçirildiyi gün ilə məhdudlaşmayan çoxpilləli bir prosesdir. 2016-ci ilə kimi insanlar başa düşməlidir ki, indiki hakmiyyətə real alternativ qüvvə var. Nəticə kimi, 2016-cı il seçkilərində Dumaya seçiləcək şəxslər Putinin nəzarətində olmayacaq. Öz növbəsində Putin,  real siyasi nəzarətin altında  2018-ci il may ayına kimi öz postunu qoruyacaq.  

Putin və onun ətrafı sakit və konstitusiya yol ilə çıxıb gedə bilər. Rusiya vətəndaşları isə öz həyatlarını özləri idarə edəcək vasitələrə - hakimiyyət konstitusiyaya əsasən xalqa məxsusdur -  yiyələnəcək.

Təbii ki, öz başına heç nə baş verəsi deyil. Vətəndaşlar özləri hakmiyyətdən öz qanuni haqları olan azad və ədalətli seçkidə iştirak etmək hüquqlarını tələb etməlidir. Başqa sözlə, onlar hakmiyyətin dəyişməsini və yeni siyasi kursun müəyyən olunmasını təmin etməlidir. Bu planın baş tutması üçün vətəndaşlar öz  hüquqlarını əlinə almalı və onu müdafiə etməlidir. Vətəndaşlar təzyiq yolu ilə hakimiyyəti öz əlinə keçirməldir. Kütləvi etirazlar hakimiyyəti konstitusiyaya boyun əyməyə məcbur edəcək və indiki dalandan qanuni yolla çıxmaq üçün açar rolunu oynayacaq.
   
Buna görə biz - Rusiyanın Respublika Patiyasi – Xalq Azadlığı Partiyası, Tərrəqi Partiyası, 5 Dekabr Partiyası və  Birlik Hərəkatı – 1 mart 2015-ci ildə anti-krizis nümayişinin keçirilməsinə təşəbbüs edəcəyik. Biz Anti-krizis Tələbləri qəbul etmişik və düşünürük ki, sağlam düşünən, məsuliyyətli vətəndaşlar bu nümayişə qatılaraq "Yaz” yürüşündə iştirak edəcəklər.     

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol