• $
  • €
  • ₽
  • ₺
  • £

Avropada müsəlmanlara münasibət necədir? - STATİSTİKA

Avropada müsəlmanlara münasibət necədir? - STATİSTİKA
09.01.2015 12:10
3 islamçı ekstremistin hücumu nəticəsində 12 jurnalistin ölümüylə nəticələnən "Charlie Hebdo" faciəsinin şokundan Fransa hələ də özünə gəlməyib.

Jurnalın redaktoru və karikaturaçıların hamısı hücum zamanı öldürülüblər, terrorçuların Məhəmməd peyğəmbərin karikaturalarına görə qisas aldığı güman edilir. 

ANN.Az-ın İngiltərənin "Independent" qəzetinə istinadən verdiyi xəbərə görə, Fransa prezidenti terror aktını "ağlasığmaz barbarlıq" kimi xarakterizə edib. 

Fransanın müsəlman icması da matəmə qatılıb. Fransanın şimal bölgəsindəki Dransi məscidinin imamı Hassen Çalqumi dünən hadisənin baş verdiyi yerə gəlib. İmam açıqlamasında bildirib: "Mən həddindən artıq qəzəbliyəm. Bu əməli törədənlər cinayətkadırlar, barbardırlar. Onlar öz qəlblərini şeytana satıblar. Bu İslam deyil, ümid edirəm ki, Fransa bu hadisədən sonra daha da həmrəy olacaq".

Fransada 250-dən çox müsəlman icmasını birləşdirən Fransa İslam Təşkilatları Birliyi (FİTB) hadisəylə bağlı bəyənatla çıxış edib: "FİTB baş verən bu hadisəni, kriminal hücumu, qorxunc qatilləri ən sərt şəkildə qınayır, qurbanların ailələrinə və "Charlie Hebdo"nun işçilərinə başsağlığı verir". 

Bir çoxlarının fikrincə, Fransada dini və etnik zəmində gərginlik baş verən qətliamdan əvvəl də kəskin həddə çatmışdı. Ancaq may ayında Avropa Birliyi ölkələrində aparılan sorğuda məlum olurdu ki, Avropa Birliyi ölkələri arasında müsəlmanlara ən xoş münasibət Fransada olub. 

"Pew Research data" mərkəzinin apardığı sorğunu ANN.Az portalının oxucularına təqdim edirik. Cədvəldəki yazılar ingiliscədir, qırmızı xətlə göstərilən neqativ münasibəti, yaşıl xətlə göstərilən isə pozitiv münasibəti əks etdirir. Sorğuda məlum olur ki, Avropa Birliyində müsəlmanlara qarşı ən neqativ münasibət İtaliyadadır, ən pozitiv isə Fransada. 
 
charlie hebdo attack

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol