• $
  • £

Dünyanın Ən Gənc 9 milyarderi - SİYAHI

Dünyanın Ən Gənc 9 milyarderi - SİYAHI
06.01.2015 13:06
"Facebook"un qurucusu Mark Zukerberg bu il də 35 yaşa qədər olan milyarderlər siyahısında liderliyini qoruyur.

ANN.Az dünya mətbuatına istnadən xəbər verir ki, o, təxminən 34 milyard dollarlıq sərvəti ilə "Forbes" jurnalının siyahısında Amerikada 11-ci, dünya üzrə isə 14-cü ən zəngin insandır.

Bəs, digər gənc milyarderlər kimlərdir? Siyahıda Mark Zukerbergdən başqa kimlər var?

Sizə digər gənc milyarderlərin adlarını təqdim edirik:

9. Evan Spiegel
Yaşı: 24
Sərvəti: 1.5 milyard dollar
Son zamanların məşhur tətbiqi olan "Snapchat"ın qurucu ortaqlarından biridir.  2013-ci ildə "Facebook"un 3 milyard dollarlıq təklifini rədd etdi və bu anda təxminən 10 milyard dollar dəyərində olan bir şirkəti idarə edir.

8. Bobby Murphy
Yaşı: 25
Sərvəti: 1.5 milyard dollar
"Snapchat"ın Evan Spiegel ilə digər qurucu ortaqlarından olan Bobby Murphy şirkətin baş texnoloqudur.

7. Albert von THUR und Taxis
Yaşı: 31
Sərvəti: 1.5 milyard dollar
Milyardlarına 18-ci doğum günündə hədiyyə olaraq qovuşan alman şahzadəsinin sərvəti, sənət əsərləri, əntiq və s. ibarətdir. Subaydır və idmanı xüsusilə avtomobil yarışlarını çox sevir və özü də bir alman liqasında yarışır.

6. Marie Besnier-Beauvalot

Yaşı: 33
Sərvəti: 2.7 milyard dollar
Ona və qardaşlarına babalarının qurduğu bir süd məhsulları şirkəti miras qaldı. Şirkətin sahibi artıq tamamilə onlardır.

5. Elizabeth Holmes

Yaşı: 30
Sərvəti: 4.5 milyard dollar
"Forbes" siyahısına yeni girən Elizabeth Holmes bu vəziyyətə öz əməyi ilə gəlib desək, səhv olmaz. 2003-cü ildə "Theranos" adında bir qan köçürmə şirkəti qurub.

4. Eduardo Saverin
Yaşı: 32
Sərvəti: 4.9 milyard dollar
Varlı bir ailədən olan Eduardo Saverin "Facebook"un qurucu ortaqlarından olub, haqqının tapdandığını iddia edərək Zukerbergi məhkəməyə vernişdir. Hələ də "Facebook"un səhmdarlarından biridir. Həmçinin başqa şirkətlərdə də investordur.

3. Yang Huiyan
Yaşı: 33
Sərvəti: 4.9 milyard dollar
Atası Yeung Kwok Keung quruculuğunu etdiyi "Country Garden Group"daki hissələrini 2007-ci ildə qızı Yang Huiyana həvalə etmişdir.

2. Scott Duncan
Yaşı: 32
Sərvəti: 6.2 milyard dollar
Atası Dan Duncanın qurduğu "Enterprise Products" adlı boru xətti şirkəti ona miras qalıb. Keçən il şirkəti yaxşı mənfəət əldə etdiyi üçün sərvəti də 1 milyard dollar artrmışdır.

1. Dustin Moskovitz
Yaşı: 30
"Facebook"un üzünə güldüyü gənc adamlardan biri. Dustin Moskovitz "Facebook"un ilk zamanlarından Markla birlikdə çalışıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Kosmosda İŞİD təhlükəsi
Dünya 10:47
Kosmosda İŞİD təhlükəsi
WhatsApp istifadəçilərinə müjdə
Dünya 10:09
WhatsApp istifadəçilərinə müjdə
Kral 5 əsrdən sonra dəfn olundu
Dünya 09:51
Kral 5 əsrdən sonra dəfn olundu
Azərbaycanlı milyarderə Ukraynadan cavab gəldi
Dünya 09:42
Azərbaycanlı milyarderə Ukraynadan cavab gəldi
Ermənistanda 150 hərbi texnika döyüşə hazırlaşır
Dünya 09:29
Ermənistanda 150 hərbi texnika döyüşə hazırlaşır
Prezidentin səs yazısı yayıldı:
Dünya 08:58
Prezidentin səs yazısı yayıldı: "Onlarda pul sel kimidir"
Ukrayna prezidentini vurmaq istəyən azərbaycanlı məhv edildi - VİDEO
Dünya 06:38
Ukrayna prezidentini vurmaq istəyən azərbaycanlı məhv edildi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol