• $
  • £

"Evlər ucuzlaşacaq" - Ekspert

07.01.2015 10:08
Evlərin qiyməti bahalaşmayacaq. Bu, neftin ucuzlaşması ilə daxili tələbatın və Rusiyadan pul axınının azalması ilə bağlıdır.

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
 
Onun sözlərinə görə, əksinə, daşınmaz əmlak bazarında qiymətlərin azalması müşahidə edilir: "Xüsusilə də daha bahalı daşınmaz əmlak məhsullarının qiymətinin azalması hiss olunur. Azərbaycanda vaxtilə ölkədaxili tələbatın formalaşmasında əsas aktyorlardan olan Rusiyada işləyən Azərbaycan vətəndaşlarının artıq alıcı kimi yox, satıcı olaraq bazarda iştirak etməsi və öncədən aldıqları əmlakı bazara çıxarmaları qiymətləri daha da aşağı salır. Faktiki olaraq hazırda daşınmaz əmlak bazarında çox ciddi durğunluq yaşanır. Alğı-satqı prosesləri çox az olduğu üçün müşahidə və nəticələri kompleksləşdirmək çətindir, çünki bir çox hallarda daha baha qiymətlərlə təşviqat ortaya çıxsa da, sonradan alıcı olmadığı üçün qiymət bazara uyğunlaşır. Şəhərin mərkəzində torpaqların qiymətinin qalxması isə təbiidir. Nəzərə alaq ki, mərkəzdə torpaq həddən artıq qıtdır və hər ay getdikcə bazara təqdim olunan istifadə olunmamış torpağın həcmi azalır. Torpağın qiymətinin artdığını müşahidə olunması məhz bu amildən irəli gəlir. Lakin ölkə üzrə götürdükdə, mənzillər,  biznes təyinatlı obyektlər və torpağın qiymətində azalma müşahidə olunur.  Əminliklə deyə bilərəm ki, 2015-ci ildə daşınmaz əmlak bazarında qiymətlər hiss olunacaq dərəcədə azalacaq. Bunun ən başlıca səbəbi ölkəyə valyuta axınının azalmasıdır”.
 
Ekspertin sözlərinə görə, 2015-ci il Olimpiya oyunlarından sonra daşınmaz əmlak bazarında daha da ucuzlaşma gözlənilir: "Dövriyyəyə daxil olan xərclərin böyük bir qisminin dövlət büdcəsindən qaynaqlandığını nəzərə alsaq, Olimpiya oyunlarından sonra büdcədə "kəmərsıxma”, yəni qənaətcillik ciddi pul qıtlığı yaradacaq. Bu kimi hallarda daşınmaz əmlakın təklifi çoxalsa da, alıcı aşağı düşəcək. Çünki daşınmaz əmlak sahiblər nağd pul qıtlığı səbəbindən əmlaklarını dəyər-dəyməzinə təklif etməyə məcbur olacaqlar. Bu isə qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq”.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dollarla krediti olanların nəzərinə
Qaynari.nfo 09:18
Dollarla krediti olanların nəzərinə
Bakı dünyanın ən görməli yerlərinin siyahısında
Qaynari.nfo 07:23
Bakı dünyanın ən görməli yerlərinin siyahısında
Mənzil problemi olan gənclərə ŞAD XƏBƏR
Qaynari.nfo 07:05
Mənzil problemi olan gənclərə ŞAD XƏBƏR
Beynəlxalq Banka yeni sədr təyin olundu
Qaynari.nfo 07:01
Beynəlxalq Banka yeni sədr təyin olundu
Bakı metrosunda yenilik - VİDEO
Qaynari.nfo 06:45
Bakı metrosunda yenilik - VİDEO
05:15
"Beynəlxalq Bank"ın prezidenti istefa verdi
“Bakıda daşınmaz əmlak 8-10 faiz ucuzlaşıb” - QİYMƏTLƏR
Qaynari.nfo 04:38
“Bakıda daşınmaz əmlak 8-10 faiz ucuzlaşıb” - QİYMƏTLƏR
Azərbaycanda 6 milyonluq israfçılıq
Qaynari.nfo 00:58
Azərbaycanda 6 milyonluq israfçılıq
Taner Yıldız: Türkiyə TANAP-dakı payını sata bilər
Qaynari.nfo 23:24
Taner Yıldız: Türkiyə TANAP-dakı payını sata bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol