• $
  • £

"Azərbaycan dünyada görünməmiş vəhşiliklə üzləşib" - Asim Mollazadə

15.02.2015 13:03
"Bu cür görüşlərin keçirilməsi dövlətimizi gücləndirə bilər. 
 
ABŞ ilə bağlı dinləmələri müsbət hesab edirəm. Azərbaycan dünyada görünməmiş vəhşiliklə üzləşib. Bu günlərdə Azərbaycan xalqına qarşı törədilən Xocalı faciəsinin növbəti ildönümü olacaq”.  

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Məclisində "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda keçirilən dinləmələrdə çıxışı zamanı Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

A.Mollazadə vurğulayıb ki, erməni diasporunun fəaliyyəti nəticəsində ABŞ öz təhlükəsizliyinə də zərər vurur: "ABŞ-da Azərbaycana qarşı yönəlmiş siyasətin arxasında erməni lobbisinin fəaliyyəti dayanır. Baxın görün, digər dövlətlərə qarşı, hətta Ermənistanın kriminal rejiminə qarşı bu münasibət var, ya yoxdur?”

Tədbirdə çıxış edən digər natiqlər də ABŞ-ı Azərbaycana münasibətdə ikili standartları aradan qaldırmağa, Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe nümayiş etdirməyə, qondarma "Dağlıq Qarabağ respublikası”na yardımları dayandırmağa çağırıblar.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 23 il ötür
09:48
Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 23 il ötür
13:03
"Azərbaycan dünyada görünməmiş vəhşiliklə üzləşib" - Asim Mollazadə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol