• $
  • £

Bakıda polis qəza törətdi: ölən var

Bakıda polis qəza törətdi: ölən var
16.02.2015 09:00
Gecə Bakının Səbail rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

ANS PRESS-in məlumatına görə, qəza Neftçilər prospektində qeydə alınıb. 

Qəzada, 28 yaşlı Məmmədov Habil Valeh oğlu taksi kimi istifadə etdiyi "FIAT” markalı avtomobillə prospekt boyu hərəkətdə olarkən Kukla Teatrının yaxınlığında arxadan eyni istiqamətlə gələn "BMW” markalı avtomobil qəfildən onun avtomobilinə çırpılıb. 

Zərbənin gücündən birinci nəqliyyat vasitəsi bir neçə defə yerində çevrilib. Nəticədə sürücü Habil Məmmədov hadisə yerində dünyasını dəyişib. 

Qəzada "BMW”nin sürücüsünün isə yüngül xəsarət aldığı deyilir. 

Yol qəzasının baş verdiyi yerə Səbail RPİ-nin istintaqçıları dəvət olunub, hadisə yerində müayinələr aparılıb. 

Məlumata görə, "BMW”ni Akif adlı sürücü idarə edirmiş. Avtoqəzanın da həmin avtomaşının yüksək sürətlə idarə edilməsi səbəbindən yaşandığı ehtimal olunur. 

Əraziyə gələn dostları Akifin Bakı şəhər Baş DYP İdarəsinin əməkdaşı olduğunu bildirib. Ancaq bu məlumatla bağlı sonradan Səbail RPİ-nin ərazidə olan müstəntiqi hər hansı bir məlumat vermədi. 

Yol qəzasının təfərrüatları isə başlanılmış cinayət işi üzrə araşdırmaların yekununda bəlli olacaq. 

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazirlik “Baku Electronics”ə qarşı iş qaldırdı
Qaynari.nfo 02:23
Nazirlik “Baku Electronics”ə qarşı iş qaldırdı
Rəsul Cəfərova 9 il həbs istənildi
Qaynari.nfo 02:22
Rəsul Cəfərova 9 il həbs istənildi
Azərbaycanda qeyri-adi traktor - FOTO
Qaynari.nfo 22:51
Azərbaycanda qeyri-adi traktor - FOTO
Bakıda taksi sürücülərinə yeni cərimələr - SİYAHI
Qaynari.nfo 21:34
Bakıda taksi sürücülərinə yeni cərimələr - SİYAHI
Ermənilər azərbaycanlı sabiq futbolçunu qətlə yetiridi
12:27
Ermənilər azərbaycanlı sabiq futbolçunu qətlə yetiridi
Azərbaycanda 13 kəndin adı dəyişdirildi
Qaynari.nfo 20:13
Azərbaycanda 13 kəndin adı dəyişdirildi
Ən hündür azərbaycanlı – FOTO
Qaynari.nfo 12:48
Ən hündür azərbaycanlı – FOTO
İtkin düşən balıqçılardan SON XƏBƏR
Qaynari.nfo 10:07
İtkin düşən balıqçılardan SON XƏBƏR
Qaynari.nfo 20:46
"İdman Azərbaycan" telekanalının baş direktoru işdən çıxarıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol