• $
  • £

Azərbaycanlı milyarderə qarşı cinayət işi

Azərbaycanlı milyarderə qarşı cinayət işi
18.02.2015 11:07
Azərbaycanlı milyader Vahid Ələkbərova məxsus "Lukoil” şirkətinə qarşı cinayət işi başlanıb. 

ANS PRESS-in TASS-a istinadən verdiyi məlumata görə, cinayət işi Ukrayna Hüquq-mühafizə orqanları tərəfindən qaldırılıb. 

Rəsmi məlumatda bildirilir ki, 2000-ci ildə "Oriana” neft-kimya kompleksinin ziyanla işləyib Bu səbəbdən dövlət müəssisəninin fəaliyyətinin yaxşılaşdırılması üçün özəl investor cəlb etməyə qərar verilib. Buna görə "Lukoil-Neftxim” ilə "Oriana” müəssisəsi arasında "Lukor” şirkəti yaradılıb.

Şirkətlərin birləşməsi zamanı Rusiya şirkəti biznesdə iştirak etmək üçün 100 milyon dollar dəyərində vəsait ödəyib. Lakin Rusiya şirkətinin qiymətli kağızlarının real dəyəri 27 milyon olub. Bununla da Ukrayna hökumətinə böyük ziyan vurulub.

Ukrayna hüquq-mühafizə orqanlarından bildirilib ki, Vahid Ələkbərovun şirkəti "Oriana” müəssisəsinin modernləşmə üçün götürdüyü 170 milyon avro krediti də ödəməyib.

"Öhdəlik yerinə yetirilməyib, Avropa banklarından birindən götürülən kredit isə tamamilə dövlət büdcəsindən ödənilib”, - deyə ittihamnamədə bildirilib. 

Hələ ki, Lukoil-un mətbuat xidməti məsələ ilə bağlı hər hansı bir şərh vermir. 

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Kosmosda İŞİD təhlükəsi
Dünya 10:47
Kosmosda İŞİD təhlükəsi
WhatsApp istifadəçilərinə müjdə
Dünya 10:09
WhatsApp istifadəçilərinə müjdə
Kral 5 əsrdən sonra dəfn olundu
Dünya 09:51
Kral 5 əsrdən sonra dəfn olundu
Azərbaycanlı milyarderə Ukraynadan cavab gəldi
Dünya 09:42
Azərbaycanlı milyarderə Ukraynadan cavab gəldi
Ermənistanda 150 hərbi texnika döyüşə hazırlaşır
Dünya 09:29
Ermənistanda 150 hərbi texnika döyüşə hazırlaşır
Prezidentin səs yazısı yayıldı:
Dünya 08:58
Prezidentin səs yazısı yayıldı: "Onlarda pul sel kimidir"
Ukrayna prezidentini vurmaq istəyən azərbaycanlı məhv edildi - VİDEO
Dünya 06:38
Ukrayna prezidentini vurmaq istəyən azərbaycanlı məhv edildi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol