• $
  • £

Azərbaycanda müəllim və tələbələr üçün yeni güzəşt

Azərbaycanda müəllim və tələbələr üçün yeni güzəşt
19.02.2015 10:47
Azərbaycanda  dövlət qurumları tərəfindən haqq ödənilməklə göstərilən informasiya xidmətləri ilə əlaqədar ödəniş zamanı edilə biləcək güzəştin şərtləri dəyişdirilib.
 
APA-nın məlumatına görə, Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli qərarına əsasən təsdiqlənmiş  "Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri”nə əsasən indiyə qədər elmi fəaliyyətlə məşğul olmaq üçün informasiya əldə edən şəxslərə və ali təhsil müəssisələrində  təhsil alan tələbələrə informasiya sahibi informasiyanın verilməsi ilə əlaqədar güzəştli şərtlər müəyyən edə bilərdi.
 
İnformasiyanın verilməsi ilə əlaqədar ödəniş zamanı edilə biləcək güzəştin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməli idi. Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri”nin yeni redaksiyasına dövlət qurumları tərəfindən haqq ödənilməklə göstərilən informasiya xidmətləri zamanı güzəşt tətbiqi və bu güzəştin minimum həcmi qəti şərt olaraq müəyyənləşib və güzəşt tətbiq ediləcək şəxslərin kateqoriyası da genişləndirilib. Başqa sözlə, informasiyanın verilməsi ilə əlaqədar ödəniş zamanı edilən güzəştin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunsa da, bu zaman güzəştin həcmi informasiyanın hazırlanması və verilməsi üçün çəkilən xərclərin 50 faizindən az olmamalıdır. Eyni zamanda elmi fəaliyyətlə məşğul olan şəxslər və ali təhsil müəssisələrində  təhsil alan tələbələrlə bərabər, bundan sonra dövlət orqanları pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə də eyni qaydada informasiyanın verilməsi ilə əlaqədar ödəniş zamanı ödəniş tətbiq etməlidir.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin 2012-ci ildə təsdiqlədiyi "Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin Siyahısı”na əsasən informasiya sahibi sorğuçuya artıq müvafiq informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa, sorğu edilən informasiya irihəcmli olduqda və ya sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaratdıqda və yaxud əsassız böyük məsrəflərə səbəb olduqda, sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün olmadıqda, sorğunun icrası informasiyanın sistemləşdirilməsi, təhlil edilməsi və ya sənədləşdirilməsi ilə əlaqədar xeyli vaxt tələb etdikdə, haqq ödənilməklə informasiya xidmətləri göstərir.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda məhbus öldü
Qaynari.nfo 10:58
Azərbaycanda məhbus öldü
Dəfn qaydaları dəyişir: ailəvi məzarlıqlara icazə verilməyəcək
Qaynari.nfo 08:53
Dəfn qaydaları dəyişir: ailəvi məzarlıqlara icazə verilməyəcək
Bakı metrosunda vəhşilik - VİDEO
Qaynari.nfo 06:49
Bakı metrosunda vəhşilik - VİDEO
Bakıda qəbirstanlıqda yaşayan ailə - VİDEO
Qaynari.nfo 06:38
Bakıda qəbirstanlıqda yaşayan ailə - VİDEO
Bakıda qəbirstanlıq su altında qaldı - VİDEO
Qaynari.nfo 06:37
Bakıda qəbirstanlıq su altında qaldı - VİDEO
Azərbaycan elminə itki üz verib
Qaynari.nfo 04:34
Azərbaycan elminə itki üz verib
Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəfat edib
Qaynari.nfo 03:38
Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəfat edib
Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumlar - SİYAHI
Qaynari.nfo 02:32
Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumlar - SİYAHI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol