• $
  • €
  • ₽
  • ₺
  • £

Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq sərgidə

Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq sərgidə
29.05.2020 02:23
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi martın 17-də Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək "2nd Condé Nast Traveller Luxury Travel Fair" turizm sərgisində tərəfdaş qismində iştirak edəcək.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti təmsil edəcək.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Turizm Assosiasiyası, "Gilan tourism", "İmprotex travel", "Khazar travel" turizm şirkətləri, "Absheron hotel Group", "Caspian Sea Resort hotel", "Chinar Hotel and Spa Naftalan", "Divan Express Baku", "Excelsior Hotel and Spa Baku", "Fairmont Baku", "Four Seasons hotel Baku", "Hilton Baku", "Hyatt Regency Baku", "JW Marriott Absheron Baku", "Kempinski hotel Badamdar", "Pik Palace Shahdag hotel", "Qafqaz Hotels and Resorts", "Rixos hotel Azerbaijan", "Rixos hotels Group" və "Sapphire hotel" mehmanxanaları daxil edilib.

Sərgidə iştirakla bağlı ümumilikdə Azərbaycan üçün 304 kv.m sahə ayrılıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub. 

Azərbaycanın tərəfdaş ölkə qismində iştirak etməsi ilə əlaqədar tədbirin dəvətnamələrində, rəsmi elektron poçt yazışmalarında, döş nişanlarında və reklam lövhələrində Azərbaycan turizminin loqosunun, 6 ay ərzində tədbirin www.cntfair.com rəsmi internet səhifəsində Azərbaycanın turizm potensialına dair banerin yerləşdirilməsi, həmçinin ölkənin turizm potensialına dair reklam çarxlarının nümayişi təşkil olunub.

Bununla yanaşı, tədbir zamanı işgüzar görüşlərin təşkili, ölkəmizin milli mətbəx və mədəniyyətinin nümayişi də nəzərdə tutulub.

Qeyd edək ki, "Condé Nast Traveller Luxury Travel Fair" sərgisi dünyanın aparıcı nəşriyyat evi Condé Nast tərəfindən təşkil olunan ilk qlobal lüks ticari səyahət sərgisidir. Ötən il adıçəkilən sərgidə 41 ölkədən 144 şirkət iştirak edib.

Bu il sözügedən sərgidə Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Belorusiya, Gürcüstan, Ermənistan, Qazaxıstan, Litva, Latviya, Estoniya kimi ölkələr də iştirak edəcək.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol