Diktatorlar haqqında 10 ən yaxşı FİLM
"Taste of Cinema" adlı mədəniyyət qurumu diktatorlar haqqında çəkilmiş 10 ən yaxşı filmin siyahısını hazırlayıb.
ANN.Az xarici ölkə mediasına istinadən həmin filmlərin adlarını oxuculara təqdim edir:
10. "Hara gedirsən?" (Mervyn LeRoy - 1951-ci il)

Henryk Sienkieviczin 1895-ci ildə yazdığı eyni adlı roman əsasında çəkilib.
9. "Şeytanın əkizi" (Lee Tamahori - 2011-ci il)

Orduda zabit olan Latif Yahia Səddam Hüseynin sarayına çağrılır və öna oğlu Udayın yerinə keçməsi əmr olunur. Onun qarşısında iki seçim olur - ya Udayın əkiz tayı olmalıdır, ya da bütün ailəsini ölümə yollamalıdır.
8 Çingiz Xan (Sergey Bodrov - 2007-ci il)

Bu film təxminən dünyanın yarısını talan edib öz hakimiyyətini yayan monqol diktatoru Çingiz xana həsr olunub.
7. "Şotlandiyanın son kralı" (Kevin Makdonald - 2006-cı il)

Tarixi hadisələrə istinad edilərək çəkilən və çox gözəl süjet xəttinə malik bir filmdir.
6. "Napolyon" (Abel Gance - 1927-ci il)

Fransız inqilabının məşhur generalı haqqında çəkilmiş filmdir.
5. "Mən Klavdiusam" (Herbert Vays - 1976-cı il)

Film Antik Roma İmperatoru Klavdiusun həyatından bəhs edir.
4. "İradənin zəfəri" (Leni Riefenstahl - 1935-ci il)

Nasist Sosialist Almaniya Partiyasının 1934-cü ildə Nürnberq şəhərində keçirdiyi möhtəşəm konqresdə baş verənləri özündə əks etdirən bu film Hitlerdən bəhs edir.
3. "Böyük diktator" (Çarli Çaplin - 1940-cı il)

Filmdə nasisizm və Çaplin tərəfindən canlandırılan Adolf Hitler olduqca sərt şəkildə tənqid olunur.
2. "Çöküş" (Oliver Hirscbiegel - 2004-cü il)

1945-ci il Dünya Müharibəsinin son günlərinin və Adolf Hitlerin çöküşünün tərənnümü olan bu film Almaniya istehsalıdır.
1. "Qorxulu İvan" (Sergey Eisenstein - 1944 və 1958-ci illər)

Rus çarı IV İvan haqqında iki hissəli filmdir. İlk hissəsi 1944-cü ildə çəkilsə də, ikinci hissəsi siyasi məsələlər səbəbilə yalnız 1958-ci ildə istehsal olunub. Filmin 3 hissədən ibarət olması planlaşdırılsa da, yalnız 2 hissəsini çəkməm mümkün olmuşdu.
Hazırladı Nuray
www.ann.az