• $ 1.7
  • € 1.9324
  • ₽ 0.021932
  • ₺ 0.0433
  • £ 2.2936

Azərbaycan futbolçuları uduzdu

Azərbaycan futbolçuları uduzdu
28.06.2015 13:30
Bakı 2015 Birinci Avropa Oyunlarının son günündə Azərbaycanla Macarıstan komandaları arasında çimərlik futbolu matçı 3:2 Macarıstanın xeyrinə başa çatıb. 

ANS PRESS-in məlumatına görə, Macarıstan 1-ci dövrənin 8-ci dədiqəsində Viktor Feketenin və Qabor Simonyinin vurduğu qollarla önə çıxsa da, 2-ci dövrənin 7-ci dəqiqəsində azərbaycanlı Elvin Quliyevin qolu ilə hesab fərqini azaltdı. Lakin Qabor Simonyi yenidən 2-ci qolu vurmaqla Macarıstanı daha önə çıxara bilib. 3-cü dövrənin 52-ci saniyəsində azərbaycanlı Sabir Allahquliyevin vurduğu qolla hesabda fərq azaldı. Lakin Azərbaycan komandası hesabı dəyişə bilmədi.

Bundan əvvəl kişilər arasında çimrəlik futbolu üzrə Azərbaycan komandası dünən İspaniya komandası ilə qarşılaşıb. Ölkəmiz 1:3 hesabı ilə məğlub olub. Vurulan yeganə qolun müəllifi isə Sabir Allaquliyev olub.  

Azərbaycan Çimərlik Futbolu Federasiyası (AÇFF) öz fəaliyyətinə 2008-ci ildən başlayıb. Elə həmin vaxt AÇFF prezidenti vəzifəsinə Fərid Novruzi seçilib və milli yığma komanda təşkil olunub. İndiyədək çimərlik futbolu üzrə millimiz bir çox yüksək nailiyyətlər qazanıb. Milli yığmamız 2009-cu ilin iyununda İspaniyanın Kastelyon şəhərində keçirilən çimərlik futbolu üzrə Dünya Çempionatının seçmə mərhələsində iştirak edib və 1/4 mərhələsinə qədər yüksəlib. Daha sonra komandamız iyul ayında keçirilən Avropa Liqasının seçmə mərhələsində iştirak edib və qrup oyunlarının qalibi kimi promo finala vəsiqə qazanıb. Beləliklə, milli yığmamız 2009-cu ildə Avropanın ən güclü on komandasından biri olub. 2010-cu ilin 10-16 may tarixlərində isə milli komandamız "Alaniya Cup 2010" beynəlxalq turnirdə iştirak edib və 2-ci yerə sahib olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol