• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Azərbaycan ordusunun döyüş hazırlığı - FOTOLAR

Azərbaycan ordusunun döyüş hazırlığı  - FOTOLAR
29.05.2020 10:14
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığını yoxlayıb. 

Müdafiə naziri yüksək dağlıq şəraitdə, ağır və çətin relyefə malik bölgələrdə düşmənlə bilavasitə təmas xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb, onların döyüş hazırlığı, təminatı, sosial-məişət şəraiti və mənəvi-psixoloji vəziyyəti ilə maraqlanıb. Müdafiə Nazirliyinin rəhbərliyi yüksəkliklərdəki postların müdafiə qurğuları, silah-sursat, döyüş texnikasının vəziyyəti, əsgər yataqxanası, xidməti otaqlar, səhra hamamı, saxlanclar və digər obyektlərə baxıb, hərbi qulluqçularla birlikdə nahar edib, onların istək və arzularını dinləyib.

Nazir ərazinin relyefi, spesifikası nəzərə alınmaqla yüksək dağlıq şəraitində xidmət keçən şəxsi heyətin xüsusi hazırlığına diqqətin daha da artırılması, onların döyüş tapşırıqlarını istənilən anda dəqiq və vaxtında yerinə yetirmələrinə dair müxtəlif məşq və hazırlıqlarının davam etdirilməsi ilə bağlı komandir heyətinə müvafiq tapşırıqlar verib.
 
 











www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan ordusunun döyüş hazırlığı  - FOTOLAR
10:14
Azərbaycan ordusunun döyüş hazırlığı - FOTOLAR
Hərbi Dəniz Qüvvələri döyüşə belə hazırlaşır - FOTOLAR
22:38
Hərbi Dəniz Qüvvələri döyüşə belə hazırlaşır - FOTOLAR
DİP sədrinə seçicilərdən dəstək: Asim Mollazadə görüş keçirdi - FOTO
17:56
DİP sədrinə seçicilərdən dəstək: Asim Mollazadə görüş keçirdi - FOTO
Asim Mollazadə: “Azərbaycanın savadlı və peşəkar gənclər ordusuna ehtiyacı var”
17:43
Asim Mollazadə: “Azərbaycanın savadlı və peşəkar gənclər ordusuna ehtiyacı var”
Seçicilərdən Asim Mollazadəyə böyük dəstək
17:56
Seçicilərdən Asim Mollazadəyə böyük dəstək
Türk şahinləri Bakı səmasında - FOTOLAR
15:35
Türk şahinləri Bakı səmasında - FOTOLAR
Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda - FOTOLAR
11:15
Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda - FOTOLAR
Ordumuzdan növbəti təlim - Fotolar
23:42
Ordumuzdan növbəti təlim - Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol