Abunəçilər artıq Azercell-in
Eksklüziv ofisləri ilə yanaşı, diler ofislərində də rəqəmsal
şəxsiyyət vəsiqəsilə rahat və operativ xidmətdən yararlana bilərlər
Abunəçilərinə ən yaxşı
müştəri təcrübəsini təqdim etməyi hədəfləyən "Azercell Telekom” MMC artıq bütün
satış və xidmət mərkəzlərində rəqəmsal şəxsiyyət vəsiqəsinin
tanınmasını təmin edib. 16 sentyabr 2024-cü il tarixindən etibarən müştərilər
Azercell Eksklüziv ofisləri ilə yanaşı, diler mağazalarında da rəqəmsal şəxsiyyət
vəsiqəsi ilə istənilən əməliyyatı həyata keçirə bilərlər. Bunun üçün "mygov” tətbiqində
şəxsiyyət vəsiqəsinə aid QR kodu və ya 8 simvollu unikal kodu təqdim etmək
kifayətdir.
İnnovasiya və Rəqəmsal
İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq əsasında həyata keçirilən bu layihə ilə
Azercell abunəçilərinə daha çevik və rahat xidmət göstərməklə yanaşı, məlumat təhlükəsizliyini
də yüksək səviyyədə təmin edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !