Rəşad Mehdiyev: “Emosiyalarla bol əsərlər həmişə insanları sarsıdır”MÜSAHİBƏ

19:40 | 07.12.2015
Rəşad Mehdiyev: “Emosiyalarla bol əsərlər həmişə insanları sarsıdır” – MÜSAHİBƏ

Rəşad Mehdiyev: “Emosiyalarla bol əsərlər həmişə insanları sarsıdır”MÜSAHİBƏ



Rüstəm Qasımov

ANN.Az-ın Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, fəlsəfə elmləri doktoru və Rusiya İmperiya Akademiyasının fəxri üzvü Rəşad Mehdiyevlə müsahibəsi 

- Rəşad, siz dəfələrlə qeyd etmisiniz ki, hansısa şəkil barədə ideya sizə yuxuda olan zaman gəlir. Bunun necə baş verdiyindən danışardız...

- İstənilən yaradıcı şəxsə yuxudaykən ideya gəlir. Rəssam da bu məsələdə istisna deyil. Əgər insan daim nəsə barədə düşünürsə, bu, onun şüuraltında qalır və istirahət daxil olmaqla istənilən vaxt ideya doğula bilər. Bu təbii prosesdi, yaradıcı insanlar tez-tez düşüncələrə qərq olduqlarından, beyin daima yaradıcı düşüncələrlə məşğul olur. 
 


- Rəssam ağlına gələn ideyanı kətan üzərinə hər zaman həkk edə bilirmi?

- Xeyr. Görülən və yazılan heç də hər zaman insanın ilkin düşüncəsində olanla eynilik təşkil etmir. Bu da təbii prosesdir. Əgər biz memarlığa müraciət etsək, oxşar prosesləri görəcək. Məsələn, binanın çertyoju, maketi son nəticəylə fərqli ola bilər. Rəssamlıqda bu hər zaman baş verir, yaradıcı abu-havada olan rəssam nəzəri düşünmür, sadəcə ideyanı görür.  Yaradıcı prosesdə sən beynindəki ideyaları, obrazları, düşündüklərini necə həyata keçirəcəyini düşünürsən. Hər rəsm kompozisiya süjetiylə, obrazlarının qarşılıqlı əlaqəsiylə, rəng və s. qammasıyla fərqlənir. Bəzən sənə elə gəlir, səndə heç nə alınmayacaq və son nəticə düşündüyündən tam fərqli olur. Həmin dəqiqələrdə sən hətta işini məhv etmək belə istəyə bilərsən. Ancaq onu olduğu kimi qoysan, bir müddət sonra bunu etdiyinə sevinəcəksən. 

- Sizcə, tamaşaçının rəssamın yaradıcılığını sevməsi üçün nə etmək lazımdır? 

- Bunu etmək olduqca çətindir. Hisslərini və elmi baxışını düzgün qurmalısan. Əks təqdirdə sonsuz axtarışlar insanı dəli edə bilər (gülür). Bu məsələyə praqmatik, soyuq başla baxmaq olar. Emosiya rəssamın əsərinin ikinci dərəcəli hissəsidir. Niyə? Bu məsələdə çoxlarının mənlə razılaşmayacağından əminəm. Ancaq emosiya məhz o zaman gözəldir ki, sən onu ifadə edə bilirsən. Sənin için coşub-daşır, ancaq səndə soyuqqanlılıq yoxdur, daxili narahatlıqlarını kətanda əks etdirə bilmirsən, onda bundan heç nə çıxmayacaq. Hisslərini ifadə etməkdən ötrü düzgün yanaşma tələb olunur. 

Rəssamın işlərində müəyyən xətt olmalıdır, o bunu idarə edə bilməlidir. Bunu sən emalatxanada keçirdiyin uzun illik təcrübədən əldə edirsən. Bu məsələdə əsas rolda bilik və bu bilikdən istifadə etmək bacarığı dayanır. Nəzəriyyəni bilmək yaxşıdır, ancaq sən ondan istifadə edə bilmirsənsə, faydası nədir? Bu, rəssamın bu və ya digər işinin dərinliyini başa düşmək üçün faydalıdır. Rəssamın fırçası üçün bilik və erudisiya çox vacibdir, bu ona boş şəkillər çəkməyə deyil, işlərini mənalandırmağa, dərinləşdirməyə, insanları düşünməyə vadar etməyə töhvə verir. Təəssüf ki, mütaliə edən, əlində kitab tutan rəssamların sayı azdır. Təkcə təcrübə və eksperimentlərdə sən peşəkar planda inkişaf edə bilməzsən. Resurslarını faydalı informasiyalarla təmin etmək vacibdir. 
 


Boş yerə demirlər ki, özünü tanı. Əgər özünü, öz tərzini, maneranı, fəlsəfəni tapsan, hansı tərəfə hərəkət etməli olduğunu başa düşməyin o qədər asan olacaq. Bu zaman sən insan qəlbinə necə toxunacağını da anlayacaqsan. Yalnız bu zaman insanlar sənlə maraqlanmağa, səni başa düşməyə başlayacaqlar. 

Bu zaman sənin daxili aləmin tamaşaçıya doğma gələcək. Kətan qarşısında dayanan insan özü ilk növbədə orda nə görmək istədiyini hiss etməlidir. 

Rəssamın hərəkətverici qüvvəsi, daha dəqiq desək, onun şəxsiyyəti heç bir rol oynamır. Ön planda rəssamın yaradıcılığıdır, onun şəkilləridir. Aydındır ki, insanlar ideallaşdırmağı sevirlər, ancaq rəssamın eqoist forması insanların fikirlərini o qədər də yaxına buraxmamalıdır, daha doğrusu mənim istədiyim mənim deyil, mənim şəkillərimin məşhurluq qazanmasıdır. Rəsmin qarşısında dayanan rəssam ondan elə təəssürat almalıdır ki, dərhal rəssamı tanımaq istəməlidir. Ancaq çoxları rəsmə deyil, müəllifin adına diqqət kəsilirlər, bu düzgün yanaşma deyil. Elə etmək lazımdır ki, rənglərin və məfhumların forması tamaşaçıya toxunsun. 

- Sizin şəkilləriniz Qərb və Şərqin sintezidir. Azərbaycanın milli xüsusiyyətləriylə Avropa rəssamlıq məktəbinin xüsusiyyətlərini necə birləşdirə bilirsiz? 

- Bu sadə və bəsitdir. SSRİ və onun süqutundan sonra bizim hamımıza Qərb rəsm sənətinin incəliklərini öyrədiblər. Qeyd edim ki, Rus rəssamlıq məktəbi bir baxımdan Qərb rəssamlığının tərkib hissəsidir. Bir çox rus rəssamları vaxtında Avropada yaşayıb yaratmış, burada rəssamlığın sirrlərini öyrənmiş, sonra isə gəlib Rusiyada işlərini davam etdirmişlər, beləliklə, Rus rəssamlıq məktəbi formalaşıb. Onlar üçün sadəcə olaraq daha soyuq tonlar xarakterik iidi – şimal coğrafiyası. 

Bizdə məhz belə üslubda çəkmək alınmadı, məsələn, Azərbaycanda yaşayan və cənublu olan bizlərə daha çox parlaq, isti rənglər xasdır, axı biz günəş enerjisiylə doluyuq. Bizdən asılı olmadan. İnsanın doğulub boya başa çatdığı yer çox əhəmiyyətlidir. Bir sözlə, bu, incəsənət və ənənə daxil olmaqla, milli mədəniyyətin xüsusiyyətləridir. Azərbaycanda yaşaya-yaşaya biz çox dərin kökləri olan Azərbaycan milli rəssamlığına müraciət edirik. 

Biz sovet epoxasının müəyyən biliklərindən yararlanırıq, vaxtilə burada istedadlı rəssamlar ordusu olub və onlar şedevrlər yaradıblar. Sonra biz Səfəvilə dövründən yararlanırıq, onların hakimiyyəti dövründə həqiqi ustalar yaşayıb-yaradıblar, onlar ən əsası işlərinə çox düzgün yanaşıblar, lazım olan metodikanı və yanaşmanı sərgiləyiblər. Bundan başqa, Azərbaycan dekorativ-əl işləri sənəti məhz Səfəvilər dövründə çiçəklənib. Beləliklə də, biz özümüzə lazım olan biliklərdən yararlanırıq. Mən sizi əmin edirəm ki, Azərbaycan rəssamlıq kökləri 50 ildən sonra da dəyişəcək. Bizim qarşımızda duran məsələ bu qatarın hərəkətinin dayanmasına imkan verməməkdir. Vacib olan əldə edilən biliklərdən yararlanmaq, onları lazım olan istiqamətə transformasiya etmək, bununla müasir məhsul ortaya qoymaqdır. Bir sözlə, rəssamın qarşısındakı vəzifə milli mədəniyyətin xüsusiyyətlərindən yararlanaq, bilik qazanmaqdan ötrü işləmək və bunu yaradıcılıqda əks etdirməkdir. 
 
 

- Sizin yaradıcılığınızda prioritet janrlar hansılardır: portretlər, peyzajlar, abstraksiya, yoxsa hər şey əhvaldan asılıdır?
 
- Mən ümumiyyətlə əhval barədə düşünmürəm, emalatxanaya gəlirəm və işləməyə başlayıram. Əhvalım var, yoxsa yoxdur, kədərliyəm, yoxsa sevincliyəm, bunun mənimçün əhəmiyyəti yoxdur, vacib olan şəkil çəkməkdir! Mən təsviri incəsənətə başqa cür yanaşıram. Mən əllərimi sallayıb günlər boyu ilhamın gəlməsini gözləyə bilmərəm. İşləmək lazımdır, qalan şeylər özləri gələcək. 

Janrlara gəldikdə isə məncə rəssam hər şeyi çəkə bilməlidir, hətta lazım gəlsə filmin rəssamı da olmalıdır. 

- Rəşad, sizə daha çox həzz verən nədir: yaradıcı proses, yoxsa son nəticə? 

- Əlbəttə, yaradıcı prosesdən mən hədsiz zövq alıram, xüsusilə qarşıma qoyduğum alınanda. Təbii ki, istəyirəm ki, son nəticə ilkin ideyayla uyğun olsun, onda bu əla olur. Ancaq bu uyğunluq 50% olsa belə böyük şeydir (gülür). 
 


- Siz yəqin ki, digər rəsasmlar kimi eyni vaxtda bir neçə şəkil çəkirsiz? 

- Bəli! Bütün gün ərzində bir şəkil üzərində işləmək mümkünsüzdür! Gözlər yorulmağa başlayır, ona görə də digər işlərə də köklənmək lazım gəlir. Qeyd edim ki, şəkil çəkmək uzun prosesdir, bu proses ərzində işə yaxın getməyə bilərsən, müəyyən zamandan sonra qayıdıb bəzi ştrixlər edə bilərsən və rəsm hazırdır. 

- Sizin şəkilərinizi digər rəssamlarınkıyla qarışdırmaq mümkünsüzdür. Siz hansı istiqamətdə işləyirsiz? 

- Bugün mənə hansı janrda işlədiyimi dəqiqləşdirmək çətindir. Mənim yaradıcılığım formal və real rəssamlığın qarışığıdır. 

- Sizin personajlarınızın baxışları ya kədərlidir, yada demək olar ki, hər zaman başqa tərəfə istiqamətlənib, bəzilərin gözləri isə ümumiyyətlə qapalıdır. Bu nəylə bağlıdır? 

- Yəqin bu, rəssamın özünün təbiətiylə bağlıdır, ancaq mən özü təbiətən şən insanam. Ancaq bizim hamımız özümüzlə təkbaşına qalanda, düşünməyə başlayırıq, həyatla bağlı düşüncələrə qərq oluruq və hansısa dərəcədə kədərlənirik. Bu düşüncə prosesi hər zaman baş verir və onu dayandırmaq qeyri-mümkündür. Hər zaman xoşbəxt olmaq mümkün deyil. Zamanın çox hissəsində biz kədərli oluruq. Bu hər bir insanın həyatında baş verir, hərə bunu bir cür ifadə edir. 

Elə rəsmlər var, ruhun qışqırtısıdır, emosiyalarla bol əsərlər həmişə insanları sarsıdır. Onlarda hansısa identik ruhi vəziyyət olur ki, hər bir insan həyatındakı müəyyən dövr ərzində bu hissləri yaşamış olur. 

- Rəssamlıqdan başqa, siz həm də heykəltaraşlıq və instalyasiya ilə məşğul olursunuz.

- Məncə, rəssam təkcə şəkil çəkməli deyil, həm də heykəllər yaratmalıdır. Mən öz yaratdıqlarıma qiymət qoya, onların hansı səviyyədə iş olduğunu deyə bilmərəm, ancaq mənim üçün vacib olan işi davam etdirməkdir. Mən heykəltaraşlığın əsas prinsiplərini bilirəm (lazım olan bazaya sahibəm), bu da mənə məşğul olmağa imkan verir. Materiala gəldikdə isə, o müxtəlif cür, bürünc, plastmas və yaxud şüşədən ola bilər. Mənim üçün vacib olan – son nəticədir. 
 


- Ətrafda baş verən hadisələr sizin yaradıcılığınızda öz əksini tapırmı? Onlar sizə nə dərəcədə təsir göstərir? 

- Çalışıram neqativ barədə düşünməyim, çünki o mənə konsentrasiya olmağa və şəkil çəkməyə imkan vermir. Pozitiv düşünmək lazımdır. Əks təqdirdə neqativ sizi boğa bilər. Axı rəssamlar həssas və coşğun insanlardılar. Azərbaycan vətəndaşı kimi sizə deyə bilərəm ki, hər bir rəssam milli incəsənətin özünəməxsusluğunu qorumalı və dövlətçi olmalıdır. Məsələn, patriotik mövzularda da şəkillər çəkməlidir. 

- Ümumiyyətlə, sizə görə rəssamın formalaşmasında daha çox nə rol oynayır, istedad, yoxsa zəhmət. 

- Əsas zəhmətkeşlikdi, ancaq istedad da lazımdır (gülür). İstedadlı rəssamlar çoxdur, ancaq zəhmətkeşləri az. Bir də görürsən, istedadı az, ancaq zəhmətkeş rəssam daha çox uğur qazanır, ancaq tənbəl istedadlı heç nəyə nail olmur. 

- Bir müddət əvvəl Müasir İncəsənət muzeyində sizin fərdi sərginiz baş tutdu. Bakı publikasının işlərinizə münasibəti ürəyinizcə oldumu? 

- Əlbəttə, sərginizə çox adamın, dostların, tanışların gəlməyi, xoş sözlər deməyi xoşdur. Bu çox böyük ilham mənbəyidir və rəssama əlavə stimul verir. Axı rəssam üçün ən vacib şey qəbul olunmaqdır. Şübhəsiz, maddi tərəf də vacibdir, ancaq birinci dərəcəli deyil. 

- Yaradıcılıqdan savayı siz həm də pedaqogika ilə məşğul olursunuz. Bu rolda özünüzü necə hiss edirsiz? 

- Bəli, mən Rəssamlıq Akademiyasında dərs deyirəm, tələbələrdən müsbət enerji alanda, mən daha çox verməyə çalışıram. Mən həm pedaqoq, həm də tələbəyəm. Onlara öyrədərkən, onlarla birlikdə öyrənirəm, eksperiment edirəm və inkişaf edirəm. Mən ciddi, tələbkar, ancaq ədalətli müəlliməm (gülür). 

- Rəşad, bizə gələcək planlarınızdan danışa bilərsinizmi? 

- Çəkmək, çəkmək, bir daha çəkmək!

- Rəşad, maraqlı söhbətə görə sizə təşəkkür edirik. Biz sizə yaradıcılı uğurlar və ən prestijli salonlarda fərdi sərgilər arzu edirik. 

- Təşəkkür!

Rəssam haqqında: 

Rəşad Mehdiyev Azərbaycanın xalq rəssamı Rafiq Mehdiyevin ailəsində dünyaya göz açıb. Ə.Əzimzadə adına Bakı rəssamlıq kollecini və Azərbaycan Mədəbiyyət və İncəsənət universitetini, həmçinin İstanbulda Memar Sinan İncəsənət Universitetini bitirib. 2002-ci ildə o, TÜRKSOY-un Türkiyədə təşkil etdiyi "Çanaqqalanın gözlaşları” müsabiqəsinin qalibi olub. Bakıda, Moskvada, Sankt-Peterburqda və Vyanada fərdi sərgiləri keçirilib. Rəssamın işlərin dünyanın müxtəlif muzeylərində şəxsi kolleksiyalarda saxlanılır. 

Əsas fotonun müəllifi Anfisa Bessonovadır (şəkil rəssamın evində çəkilib)

Şəkillərin fotolar Mir-Sadıq Hüseynova məxsusdur. 
 















 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti