Rəşad Sadıqovdan sevindirici xəbər

13:16 | 04.10.2013
Rəşad Sadıqovdan sevindirici xəbər

Rəşad Sadıqovdan sevindirici xəbər

Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ”ın kapitanı Rəşad Sadıqov zədəsini sağaldıb.Azerisport.az xəbər verir ki, millimizin lideri böyük ehtimalla Topaz Premyer Liqasının 9-cu turunda qarşılaşacaqları "Bakı” ilə oyunda forma geyə biləcək. Bu barədə saytımıza açıqlamasında komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib: "O, ümumi hazırlıqlarda iştirak edir. İndi özünü daha yaxşı hiss edir. Onun meydana çıxmaq ehtimalı yüksəkdi. Rəşadın oynayıb-oynamayacağına oyun günü aydınlıq gələcək”.Qeyd edək ki, "Qarabağ” – "Bakı” görüşü bu gün baş tutacaq.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti