Moskva ölən rus sülhməramlılarının məhkəməsinin tezliklə başlanmasını istəyir

14:14 | 20.09.2024
Moskva ölən rus sülhməramlılarının məhkəməsinin tezliklə başlanmasını istəyir

Moskva ölən rus sülhməramlılarının məhkəməsinin tezliklə başlanmasını istəyir

Rusiya Qarabağda həlak olan rus sülhməramlıları ilə bağlı məhkəmənin tezliklə bağlanacağını gözləyir. Bu barədə Tacc agentliyi ölkənin xarici işlər nazirinin sözçüsü Maria Zaxarova istinadla yazıb.  
 
"Bu məsələ ilə bağlı iki ölkənin baş prokurorluğu və istintaq orqanları sıx əlaqədədir. Və sülhməramlıların ölüm şəraitinin araşdırılması cinayət işləri çərçivəsində aparılır.  Azərbaycanda və Rusiyada məhkəmə prosesinin tezliklə başlanacağını gözləyirik”, - o bildirib. 
 

Bundan əvvəl, Azərbaycan Baş Prokurorluğunun açıqladığı məlumata görə, sentyabrın 20-d Tərtərin Canyataq kəndi ərazisində lokal xarakterli anti-terror tədbirlərində iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub.
 
Hadisə nəticəsində RSK-nın 5 nəfər hərbi qulluqçusu həlak olub.Bundan əvvəl, Azərbaycan Baş Prokurorluğunun açıqladığı məlumata görə, sentyabrın 20-d Tərtərin Canyataq kəndi ərazisində lokal xarakterli anti-terror tədbirlərində iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 5 nəfər hərbi qulluqçusu həlak olub.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti