Respublika Yanıq Mərkəzinin müdiri işdən çıxdı

17:31 | 21.10.2014
Respublika Yanıq Mərkəzinin müdiri işdən çıxdı

Respublika Yanıq Mərkəzinin müdiri işdən çıxdı

Mən baş verən rəzilliyə dözmədim və istefa ərizəmi yazdım.Bu sözləri Modern.az saytına açıqlamasında Respublika Yanıq Mərkəzinin müdiri vəzifəsindən istefa verən Vüqar Ələkbərov bildirib.Vüqar Ələkbərov deyib ki, mərkəzdə özbaşınalıq idi:  “Hətta xəstələrə aid çamaşırları öz hesabıma yuduzdururdum. Belə bir yerdə adımın ləkələnməməsi üçün istefa ərizəmi yazdım”.Hazırda Plastik Cərrahiyə Mərkəzinə müdir təyin olunan həkim, həm də özəl klinikların birində çalışdığını söyləyib.Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Vüqar Ələkbərovun söylədiklərini cəfəngiyat adlandırıb:“O, müdir kimi işini bacarmayıb, vəzifəsindən çıxarılaraq fəaliyyətini plastik cərrahiyyə şöbəsində həkim kimi davam etdirəcək. Mərkəz bütün lazımi aparatlarla, dərmanla təchiz olunur”.Respublika Yanıq Mərkəzinə isə Şöhrət Məmmədov müdir təyin olunub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti