Restoranlar ayı, ceyran əti təqdim edirlər - VİDEO

10:38 | 08.11.2016
Restoranlar ayı, ceyran əti təqdim edirlər - VİDEO

Restoranlar ayı, ceyran əti təqdim edirlər - VİDEO

Əksər restoranlar ov ətləri təqdim edirlər. Müştərinin istəyindən asılı olaraq, ayı, ceyran, kirpi kimi heyvanların ətindən bir-birindən ləziz təamlar hazırlanır.
 
ANN.Az "Xəzər Xəbər"-ə istinadən xəbər verir ki, qanuna görə isə belə heyvanların nəsli kəsildiyindən ovlanması qadağandır. Bəs əgər qadağa varsa, necə olur ki, onların əti süfrəyə verilir? Belə şəxslərə qarşı hansı tədbirlər görüləcək?

Ölkədə ayı, ceyran, oxatan kirpi kimi canlıların nəsli kəsilməkdə olduğundan, onların ovlanması qadağandır. Ancaq restoranlar, adları "Qırmızı kitab"a düşən heyvanların ətini satırlar. Qanunazidd əməllərini gizlətmək üçün bu ətlərdən hazırlanan yeməkləri menyuya daxil etmirlər. Yalnız, tanıdıqları şəxslərə təklif edirlər.

Azərbaycanda Qafqaz turu, qaban, dovşan, bataqlıq qunduzu, cüllüt, qaşqaldaq, qaz və ördəklərin bəzi növlərindən başqa bütün heyvan və quşların ovlanması qadağandır. Lakin kimlərsə brakonyerlik yolu ilə bu heyvanları ovlayıb restoranlara satır. Məsələn, bir neçə gün əvvəl Şəkidə bir baş ovlanmış ayı cəmdəyi, iki aylıq bir baş diri ayı balasını ovlayan şəxslər tutulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, artıq 10 ilə yaxındır ki, bu heyvanların ovlanması qadağandır. Fakt olduğu təqdirdə, həm ovçu, həm də restoran rəhbəri məsuliyyətə cəlb edilir.

Nazirliyin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentin sektor müdiri Bəhruz Məhəmmədovun sözlərinə görə, müştərilər diqqətli olmalıdırlar. Nazirlik tərəfindən bu sahəyə ciddi nazərət olunduğundan çox hallarda restoran sahibləri onları aldadırlar. Bəzən restoranlar müştərilərə ayı, cüyür adı ilə naməlum heyvan əti satırlar.
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM