Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbs edilən hüquq müdafiəçisi Rəsul Cəfərovun növbəti məhkəmə prosesi keçirilib.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, iclasda dövlət ittihamçısı çıxış edib. Vəkil Fariz Namazlı bildirib ki, ittihamçı Rəsul Cəfərov üçün məhkəmədən 9 il həbs cəzası istəyib.
Qeyd edək ki, R.Cəfərov Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, dələduzluq, sənədləri saxtalaşdırma, vəzifə saxtakarlığı və mənimsəmə maddələri üzrə ittiham edilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !