Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin yer aldığı video sosial şəbəkələrdə maraqla qarşılanıb.
Fırat Gökdemir adlı şəxsin rənglədiyi görüntülər 1918-ci ilin martın 20-də Trabzon sülh konfransında lentə alınıb.
Görüntülərdə Xəlil bəy Xasməmmədov, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cövdət Pepinov, Mir Yaqub Mehdiyev, Əkbər ağa Şeyxülislamov, İbrahim bəy Heydərov, Məmməd Həsən Hacınski, Heydər bəy Abaşidze Akaki Çxenkeli, Georgi Qvazava, Rusudan Mikeladze, Georgi Lasxişvili, Aleksandr Xatisyan, Rauf (Orbay) bəy, Tevfik (Sağlam) bəy və başqaları yer alıb.
Trabzon konfransı və ya Trabzon sülh konfransı — 14 mart 1918-ci ildən 13 aprelə qədər Trabzon şəhərində Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi və hökumətinin nümayəndə heyəti arasında keçirilib. Açılış iclası 14 mart 1918-ci ildə baş tutub. Nümayəndələr heyətlərinin başçıları Osmanlı imperiyasından kontr-admiral Hüseyn Rauf bəy, Zaqafqaziya nümayəndə heyətində isə Akaki Çxenkeli idi.
Ləman Qasımova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !