Reyd: 27 sürücü cərimələndi

10:17 | 19.10.2015
Reyd: 27 sürücü cərimələndi

Reyd: 27 sürücü cərimələndi

 İmişli rayonunda keçirilən reyd zamanı qayda pozuntusuna yol verən sürücülər cərimələnib.

"Report" xəbər verir ki, İmişli rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi və Post Patrul Xidməti əməkdaşlarının birgə keçirdiyi reyd zamanı şəhərin müxtəlif küçələrində postlar qurulub.

Reyddə avtomobillərində konstruksiya dəyişikliyi edən, sürücülük vəsiqəsi olmadan maşın sürən, eləcə də yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılıb. Hətta reyd zamanı polis əməkdaşlarından qaçmağa çalışan sürücülər də olub.

Keçirilən reyd zamanı 27 sürücü barəsində inzibati qaydada protokol tərtib edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM