Robotlar insanları işsiz qoyacaq - XƏBƏRDARLIQ

21:28 | 08.11.2016
Robotlar insanları işsiz qoyacaq - XƏBƏRDARLIQ

Robotlar insanları işsiz qoyacaq - XƏBƏRDARLIQ

ABŞ-ın "SpaceX” və "Tesla” şirkətlərinin sahibi İlon Mask (Elon Musk) çox da uzaq olmayan gələcəkdə insanların kütləvi şəkildə işsiz qalacağını bildirib.
 
İKT.lent.az-ın "The Telegraph”a istinadən verdiyi xəbərə görə, İ. Mask istehsalın, sənayenin robotlaşdırılması nəticəsində insanların öz iş yerlərini itirəcəklərini bəyan edib. O, bütün məşğulluq sahələrində baza gəlirinin tezliklə tətbiqinə çağırıb.   
 
"İnsanlar onların iş yerlərini robotların tutması ilə barışmalı olacaqlar. Bizim hamımız inkişaf etmiş süni intellektlə simbioz şəraitində yaşamağı öyrənməli olacağıq”, - deyə iş adamı vurğulayıb. Onun fikrincə, robotların sayəsində kütləvi şəkildə universal baza gəlirinin və ya buna bənzər hansısa modelin tətbiqi ehtimalı böyükdür.
 
İ. Mask onu da əlavə edib ki, uzaq gələcəkdə hətta yaradıcı sahənin adamlarını neyroşəbəkələr əvəzləyə bilər və onlar bu işi insanlardan daha yaxşı görəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb