Ruhaninin tərəfdarları seçkilərdə qələbə qazandılar

14:15 | 30.04.2016
Ruhaninin tərəfdarları seçkilərdə qələbə qazandılar

Ruhaninin tərəfdarları seçkilərdə qələbə qazandılar

Mötədil namizədlər – İran prezidenti Həsən Ruhaninin tərəfdarları parlament seçkilərinin ikinci mərhələsində daha çox səs toplayıblar.
 
Oxu.Az-ın xəbərinə görə, bu barədə reuters seçkilərin qeyri-rəsmi nəticələrinə əsasən məlumat verir. Birinci mərhələ fevralda baş tutub. O zaman Ruhaninin tərəfdarları – reformistlər və mötədil namizədlər 95 yer əldə edərək böyük nəticələrə nail olmuşdular. Mühafizəkarlar isə 105 yeri əldə edə bilmişdilər. İkinci mərhələdə parlamendə daha 68 yerin aqibəti həll olunurdu. Qeyri-rəsmi nəticələrə əsasən, mötədil namizədlər 68 mandatdan 30-a nail ola biliblər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb