Rus bölməsinin bağlandığı məktəbin şagirdləri köçürüləcək

21:00 | 17.07.2014
Rus bölməsinin bağlandığı məktəbin şagirdləri köçürüləcək

Rus bölməsinin bağlandığı məktəbin şagirdləri köçürüləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Səbayel rayonu Bayıl qəsəbəsində yerləşən 49 saylı orta məktəbin şagirdləri və onların valideynlərinin etirazlarına münasibət bildirib. 
“Qafqazinfo”nun məlumatına görə, Bakı şəhəri 49 nömrəli tam orta məktəbin rus bölməsinin fəaliyyətinin dayandırılması bu bölmədə müəllim çatışmazlığı və siniflərdə şagird komplektləşdirilməsinin minimumu təmin etməməsi ilə əlaqədardır: "Məsələn, bu məktəbin rus bölməsində 7 fənn üzrə müəllimin olmaması səbəbindən dərsə davamiyyət pozulur, nəticədə tədrisin ümumi keyfiyyəti aşağı düşür.
Bütün bunları nəzərə alaraq, 49 nömrəli tam orta məktəbin rus bölməsinin şagirdləri və burada çalışan müəllimlər yaxınlıqdakı 203 nömrəli tam orta məktəbə köçürüləcək. Bu addım həm də mümkün ixtisarların qarşısını almağa xidmət edir. Eyni zamanda valideynlər digər ümumtəhsil məktəblərinin seçimində sərbəstdirlər.
Qeyd edilən məktəblərin rus bölməsində çalışan müəllimləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən sınaq qiymətləndirilməsində yüksək nəticələr göstərib. Hər iki məktəbdə isə təhsilin səviyyəsi eynidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlarının bu ərazidə yaşayan valideynlər və pedaqoji heyətlə keçirdikləri vaxtaşırı görüşlərdə müvafiq məktəblərdə rus və Azərbaycan dillərinin, eləcə də digər fənlərin tədris keyfiyyəti ilə bağlı müzakirələr aparılıb". 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM