Rus serialında xalqımıza qarşı təxribat - VİDEO

13:17 | 25.11.2013
Rus serialında xalqımıza qarşı təxribat - VİDEO

Rus serialında xalqımıza qarşı təxribat - VİDEO

Rusiyanın “STS” telekanalında yayımlanan məşhur “Posledniy iz Maqikyan” serialında («Последний из Магикян») Azərbaycana qarşı təxribat yer alıb.Oxu.Az xəbər verir ki, Azərbaycanın xalq mahnısı olan “Ay, Laçın” mahnısı gürcü bəstəkar Devid Evqenidzenin bəstəsi adı altında «Последний из Магикян» serialının soundtrack-i kimi səsləndirilir. 16 sentyabrdan Rusiya və Ukrayna ekranlarında işıq üzü görən və erməni Magikyanlar ailəsinin həyatından bəhs edən serialda baş rolu erməni aktyor canlandırır.  Mahnını isə  gürcü müğənni Soso Pavliaşvili ifa edir.Qeyd edək ki, “Ay, Laçın” xalq mahnısıdır və bu musiqini Azərbaycanın neçə-neçə görkəmli sənətkarları, o cümlədən Rəşid  Behbudov, Akif  İslamzadə, İlqar Muradov, Sevda Ələkbərzadə və başqaları ifa ediblər.Həmin soundtrack-i və “Ay, Laçın” mahnısını müqayisə üçün sizlərə təqdim edirik. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM