• $ 1.7
  • € 1.9087
  • ₽ 0.020606
  • ₺ 0.0439
  • £ 2.2585

Rusiya Aİ-nin Ermənistana missiya göndərməsindən narazıdır

Rusiya Aİ-nin Ermənistana missiya göndərməsindən narazıdır
26.01.2023 20:03
Rusiya Avropa İttifaqının (Aİ) Ermənistana yeni mülki missiya göndərmək yaratmaq qərarını kəskin tənqid edərək, bunun Ermənistan və Azərbaycan arasında gərginliyin hökm sürdüyü regionda "geosiyasi qarşıdurmanı” daha da gücləndirəcəyini bildirib. Bu barədə Reuters agentliyi yazıb. 

Aİ bildirib ki, bazar ertəsi təsdiq edilmiş iki illik missiya Ermənistanın sərhədyanı ərazilərində sabitliyə kömək edəcək , "Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühit” təmin edəcəkdir. 

Rəsmi Moskva Cənubi Qafqazda əsas vasitəçidir və özünün "yaxın xaric” adlandırdığı keçmiş sovet respublikalarına kənar qüvvələrin istənilən müdaxiləsindən daim  narazılığını bildirir. O, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra ikinci Ermənistan və Azərbaycan müharibəsinin sonunda  2020-ci ildə bölgəyə sülhməramlılarını göndərib.
 
Amma Ukraynadakı müharibə Kremlin nüfuzunu aşağı salıb və onun diqqətini post Sovet məkanında olan digər müharibə ocaqlarından yayındırır.
 
"Avropa İttifaqı nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında görünməsi regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gücləndirə bilər”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Aİ-nin nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək və Rusiyanın vasitəçilik səylərini boğmaq cəhdləri  regionda dinc inkişafa qayıtmaq istəyində olan ermənilərin və azərbaycanlıların fundamental maraqlarına zərər verə bilər”.

Nazirlik əlavə edib ki, Rusiya sülhməramlıları və Ermənistan sərhədlərində yerləşdirilən Rusiya sərhədçiləri yaxın gələcəkdə regional sabitliyin əsas amili olaraq qalacaqlar.

Aİ-nin bu addımı  Rusiya sülhməramlılarının Qarabağın nəzarətlərində olan ərazisinə ərzaq, yanacaq və dərman çatdıra biləcəyi yeganə yol olan Azərbaycandan keçən Laçın dəhlizini yenidən açmaması ilə bağlı artan narazılıq fonunda baş verir.

Dekabrın 12-də özlərini ekoloji fəallar  çadırlar quraraq nəqliyyatın hərəkətini dayandırdıqdan sonra dəhliz ilə ermənilərin hərəkəti məhdudlaşdırılıb.  Azərbaycan hər hansı blokadanı rədd edir və deyir ki, fəallar mədənlərə qanunsuz hasilata qarşı qanuni etiraz aksiyası keçirirlər.

Kreml çərşənbə axşamı bildirib ki, Rusiya problemi həll etmək üçün hər iki tərəflə danışıqlar aparır. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol