Rusiya Azərbaycan ilə strateji tərəfdaşlığı möhkəmləndirəcək

13:10 | 09.06.2015
Rusiya Azərbaycan ilə strateji tərəfdaşlığı möhkəmləndirəcək

Rusiya Azərbaycan ilə strateji tərəfdaşlığı möhkəmləndirəcək

Rusiya Azərbaycan ilə strateji tərəfdaşlıq mövqelərinin möhkəmləndirilməsinə istiqamətlənib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyası XİN-in 2014-cü ildə fəaliyyətinin nəticələri və orta müddətli perspektivli məsələlərə dair sənəddə deyilir.

Sənəddə qeyd edildiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Rusiya qarşıdurma ərzisində gərginliyin uzun müddət üçün azaldılmasına, Azərbaycan və Ermənistan rəhbərliyinin uzun illər sürən bu münaqişənin dinc yol ilə həll edilməsinə gətirib çıxaracaq qarşılıqlı şəkildə kompromis mövqelərin möhkəmləndirilməsinə istiqamət götürüb.

"Dağlıq Qarabağ ərazisində vəziyyətin ani kəskinləşməsi dövründə Rusiya prezidenti V.V.Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan ilə üçtərəfli görüşü (Soçi, 10 avqust, 2014) əsas rol oynadı. Bu görüşün nəticələrinə görə Zaqafqaziya liderləri münaqişənin dinc yol ilə həll edilməsi niyyətlərini təsdiqlədilər”, - sənəddə deyilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM