Rusiya Azərbaycanla müharibə edəcək? - Ekspert rəyi

11:13 | 24.11.2014
Rusiya Azərbaycanla müharibə edəcək? - Ekspert rəyi

Rusiya Azərbaycanla müharibə edəcək? - Ekspert rəyi

Bəli, Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır, lakin bu zəmanət belə hallarda işə düşmür. Əgər təsəvvür etsək ki, sabah Ermənistan və Azərbaycan arasında müharibə başlasa (Qarabağda – red.), o zaman Rusiya hərbi müdaxiləyə əl atmayacaq və yalnız diplomatik yolla müharibənin qarşısını almağa çalışacaq.Oxu.Az xəbər verir ki, bu barədə erməni KİV-ə müsahibəsində rusiyalı politoloq, Qafqaz məsələləri üzrə ekspert Andrey Yepifantsev Azərbaycan Silahlı Qüvvələrinin düşmən helikopterini məhv etməsindən sonra Qarabağ münaqişəsi zonasında yaranmış gərginliyi şərh edərkən bildirib. Onun sözlərinə görə, əgər müharibəyə bütün Ermənistan cəlb olunarsa, o zaman Rusiya müdaxilə etmək məcburiyyətində qalacaq və bu halda Rusiya mütləq müdaxilə etməlidir.“Bu zəmanətlər Ermənistana aiddir, Qarabağa yox (Ermənistana KTMT çərçivəsində verilən zəmanətlər – red.). Əgər Qarabağda nə isə baş verərsə, o zaman Rusiya yalnız diplomatik yollarla bunun qarşısını almağa çalışacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb