Dövlət Dumasının Rusiya Liberal Demokrat Partiyasından olan deputatı Mixali Deqtyarev Rusiyanın rəsmi bayrağında yenidən qara-sarı-ağ rənglərin əks olunması ilə bağlı qanun layihəsi hazırlayıb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, siyasətçinin fikrincə, Krımın Rusiyaya birləşdirilməsi, Gömrük İttifaqının yaradılması və vətənpərvərlik hisslərinin artması dövlət simvollarında da öz əksini tapmalı, keçmiş Rusiya imperiyasını xatırlatmalıdır.
Deputat qeyd edir ki, imperiya bayrağının altında Rusiyanın tərkibinə Krım yarımadası, Şərqi Prussiyanın ərazisi, Alyaska, Qafqaz, Polşa, Baltikyanı respublikalar, Orta Asiya və Finlandiya daxil edilməlidir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !