Rusiya Müdafiə Nazirliyinin zabitləri saxlanılıb

15:10 | 16.09.2024
Rusiya Müdafiə Nazirliyinin zabitləri saxlanılıb

Rusiya Müdafiə Nazirliyinin zabitləri saxlanılıb

Rusiya Müdafiə Nazirliyinin 4924 saylı hərbi nümayəndəliyinin rəisi İvan Populovski və onun tabeliyində olan Qriqori Zorin barəsində xüsusilə külli miqdarda rüşvət alma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi) ilə bağlı cinayət işi açılıb.Bu barədə  Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

Müstəntiqlərin fikrincə, 2021-ci ildə Ümumrusiya Kabel Məhsulları Elmi-Tədqiqat Layihə İnstitutu ASC və Ticarət Evi Ümumrusiya Elmi Tədqiqat Layihə və Kabel Sənayesi Texnoloji İnstitutu QSC-nin nümayəndələri nəzarəti zəiflətmək məqsədilə Populovski və Zorinlə cinayət əlaqəsinə girib,  malların qəbulu, habelə "dövlət müdafiə sifarişlərinin icrası zamanı digər imtiyazların və üstünlüklər almağa nail olublar.

İstintaq Komitəsi qeyd edir ki, şirkətlər Müdafiə Nazirliyinin ehtiyacları üçün elektrik məhsulları və kabellərin tədarükü üçün müqavilələr bağlayıb. Müqavilələrin ümumi məbləği 1,2 milyard rubl təşkil edib.
 
İstintaq iddia edir ki, 2021-ci ildən 2024-cü ilə qədər Populovski və Zorin ümumilikdə 11 milyon rubldan çox rüşvət alıb.
 
İstintaq Komitəsindən bildirilib ki, məmurlar günahlarını etiraf ediblər. Müstəntiqlər onların "digər oxşar cinayətlərdə” iştirakını da yoxlayır.

Son aylarda Rusiyada Sergey Şoyqunun dövründə Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışan bir neçə zabit rüşvətxorluq və dələduzluq ittihamı ilə saxlanılıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM