Yerevanın Zvartnots hava limanını tərk edən Rusiya sərhədçiləri növbəti xidmət üçün Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərinə göndərilib. Bu barədə Ermənistan KİV ölkənin Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
Ermənistan hakimiyyəti martda Rusiya tərəfinə bu il avqustun 1-dən etibarən sərhəd nəzarətini özləri həyata keçirəcəkləri barədə məlumat verib.
İyulun 31-də Rusiya sərhədçiləri 32 il xidmət etdikləri hava limanını tərk edib.
Rusiya sərhədçiləri 1992-ci ildən dövlətlərarası müqaviləyə uyğun olaraq "Zvartnots” keçid məntəqəsində erməni sərhədçiləri ilə birgə işləyirdilər.
2024-cü ilin fevralında Ermənistan hakimiyyəti respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün dondurulduğunu elan edib.
Bundan az sonra ölkə parlamentinin spikeri Alen Simonyan Rusiya sərhəd xidmətinin zabitlərini Yerevan hava limanından çıxarmağa çağırıb və bunu rus qoşunlarının Ermənistanın "sərhədlərini qorumayacağı” ilə əsaslandırıb. Bu ilin martında İrəvan rəsmi olaraq Rusiya hakimiyyətindən paytaxt hava limanında sərhəd xidmətinin işini dayandırmağı tələb edib.
Ermənistanda FSB sərhədçilərinin rolu ilə bağlı müzakirələrə Ukraynaya qarşı müharibədən yayınan rusiyalı Dmitri Setrakovun iştirakı ilə insident səbəb olub.
2023-cü ilin dekabrında Rusiya təhlükəsizlik qüvvələri Ermənistanın hüquq-mühafizə orqanlarına xəbər vermədən Setrakovu İrəvanda saxlamaqları da Ermənistan hökumətini qəzəbləndirən səbəblərdən biri olub.
Setrakov Rusiyanın Ukraynaya qarşı müharibə etməsinə etira edib. Bu səbəbdən Rusiya Xüsusi xidmət orqanları onu cəzalandırıblar. Setrakov saxladıqdan sonra Rusiyaya deportasiya edilib.
Erməni hüquq müdafiəçiləri rus sərhədçilərinin hərəkətlərini "Ermənistanın hüquq sisteminə hörmətsizlik” adlandırıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !