Rusiyada azərbaycanlını vəhşicəsinə döyən ekstremist qrup üzvlərinə 55 il həbs cəzası verildi – Foto – Video

10:15 | 16.06.2019
Rusiyada azərbaycanlını vəhşicəsinə döyən ekstremist qrup üzvlərinə 55 il həbs cəzası verildi – Foto – Video

Rusiyada azərbaycanlını vəhşicəsinə döyən ekstremist qrup üzvlərinə 55 il həbs cəzası verildi – Foto – Video

Tatarıstan Ali Məhkəməsində, həmçinin, azərbaycanlını döyməkdə günahlandırılan ekstremist qruplaşmanın üzvlərinə hökm oxunub.
Business-gazeta.ru portalının məlumatına görə, Roman Xəlilov, Ruslan Arxipov, Adel Əskərov və Rostislav Malaxov səkkiz fakt üzrə təqsirli biliniblər.
Qruplaşma üzvlərinin zərər verdiyi şəxslər arasında azərbaycanlı da olub.
Belə ki, 2017-ci il yanvarın 18-də R.Xəlilov və R.Arxipov naməlum şəxslə birlikdə azərbaycanlı Yakin Məmmədova hücum edib. R.Xəlilov ona çəkiclə xəsarət yetirib. R.Arxipov isə azərbaycanlının döyülməsini anbaan kameraya çəkərək, daha sonra videonu internetə yerləşdirmək qərarına gəlib. Y.Məmmədovun həyatını vaxtında göstərilən tibbi yardım sayəsində xilas etmək mümkün olub.

Qəribədir ki, dindirmələr zamanı ittiham edilənlər kifayət qədər sırtıqcasına davranıblar, ifadə verərkən elə də utanmayıblar və özlərini nədəsə günahkar hesab etməyiblər. Ən azı, onlar qeyri-slavyan görkəmli insanın qətlini nəinki cinayət, ümumiyyətlə qəbahətli hərəkət hesab etmədiklərini bildiriblər. İnandırmağa çalışıblar ki, şəhərdə onların çoxlu tərəfdarı yaşayır, hansılar ki, belə yanaşmanı bəyənirlər…

Məhkəmənin qərarı ilə R.Arxipov və R.Xəlilov hər biri 24 il, A.Əskərov 4 il, R.Malaxov isə 3 il müddətinə azadlıqdan məhrum edilib. A.Əskərovdan başqa, digərləri cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti