Rusiyada nadir təbiət hadisəsi - VİDEO

12:17 | 18.03.2015
Rusiyada nadir təbiət hadisəsi - VİDEO

Rusiyada nadir təbiət hadisəsi - VİDEO

Rusiyanın bəzi bölgələrinin sakinləri qeyri-adi təbiət hadisəsinin şahidi olublar. Sakinlər "şimal şəfəqi" yaxud "qütb parıltısı" adlandırılan təbiət hadisəsini izləmək imkanı əldə ediblər. 

ANS PRESS-in məlumatına görə, "Şimal şəfəqi"ni onun üçün nadir hal sayılan cənub zolaqlarda görünməsini yalnız Moskva və Sankt-Peterburq ərazisində görmək mümkün olub. İrlandiyanın bəzi bölgələrində də sakinlər "şimal şəfəqi"ni görüblər. 

Latınca adı "Aurora Borealis" olan qütb parıltısı yüksək gərginlikli Günəş küləyi hissəciklərinin Yerin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranır. Günəş küləyi hissəciklərinin Yerin atmosferinə düşməsinin intensivliyi isə Günəşin fəallığı ilə bağlıdır, buna görə də "şimal şəfəqi" çox vaxt Günəşdə geomaqnit qasırğasının olduğu vaxta təsadüf edir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti