Rusiyadakı yeni qanun azərbaycanlılara necə təsir edəcək? – AÇIQLAMA

14:28 | 06.12.2013
Rusiyadakı yeni qanun azərbaycanlılara necə təsir edəcək? – AÇIQLAMA

Rusiyadakı yeni qanun azərbaycanlılara necə təsir edəcək? – AÇIQLAMA

Rusiyada miqrant kvotası təsdiqlənib. Məlumata görə, 2014-cü ildə 95 min 880 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsə Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi planlaşıdırılır. Moskva şəhəri üçün müəyyənləşdirlimiş maksimum kvotaya görə 7 min miqranta burada yaşamağa icazə veriləcək. Rusiya Miqrasiya idarəsinin məlum qərarı azərbaycanlı miqrantlara necə təsir edə bilər?ANN.Az mövzu ilə bağlı Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevlə danışaraq məsələyə aydınlıq gətirməyə çalışıb.Ə.Əliyev açıqlamasında bildirib ki, hazırda verilən qərar bundan sonra Rusiyaya gedəcək miqrantlara aiddir: “Bu vaxta qədər Rusiyada yaşayan miqrantlara şamil olunan qayda deyil. Yəni bundan sonra Rusiyaya daxil ola biləcək şəxslərə aid olan qərardır. Hazırda Rusiya Federasiyasında yaşayan azərbaycanlılara münasibətdə hər hansı ağır nəticələr gözlənilən deyil. Amma mən hesab etmirəm ki, Rusiya bu qərarı icra edə biləcək. Rusiya son beş il ərzində bəlkə əlli dəfə miqrasiya ilə bağlı qanunvericiliyini dəyişib və bunun heç biri əhəmiyyəti olmayıb”.O, həmçinin qeyd edib ki, Rusiya miqrantların hesabına öz iqtisadiyyatını inkişaf etdirmək istəyir: “Rusiyanın məqsədi Rusiya Federasiyasının iqtisadiyyatını miqrantların hesabına inkişaf etdirməkdir. Bunun da yolu ondan keçir ki, xüsusi təhsilli miqrantları seçmə üsulu ilə Rusiyaya qəbul etsinlər və onlardan faydalansınlar. Hazırda Rusiyada yaşayanlar uzunmüddətli yaşama hüququ alan miqrantlardır. Bu baxımdan Rusiyanın onları ölkədən çıxarması mümkün deyil. Baxmayaraq ki, Rusiya insan hüquq və azadlıqlarına hörmət edən ölkə deyil. Təbii ki, bundan sonra Rusiyaya gedib yaşamaq istəyən miqrantlara həmin qanun mənfi təsir göstərə biləcək” – deyə Ə.Əliyev bildirib.SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM