Rusiyadan ABŞ-a NOTA

11:45 | 08.11.2016
Rusiyadan ABŞ-a NOTA

Rusiyadan ABŞ-a NOTA

Rəsmi Moskva rusiyalı diplomatların ABŞ-da seçki məntəqələrinə daxil olmasının məhdudlaşdırılması ilə bağlı qarşı tərəfə nota təqdim edib.

ANN.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, ABŞ-ın bu qərarı qəbuledilməzdir. 

"Bizim diplomatları qorxutmaq cəhdləri mövcuddur. Nəzərə almaq lazımdır ki, diplomatlarımız daxili siyasi şərait ilə yaxından tanış olmaq üçün Vyana konvensiyasının müddəalarına tam uyğun olaraq diplomatik funksiya yerinə yetirir”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti nota təqdim edərək rusiyalı diplomatlara özbaşına seçki məntəqələrinə yaxınlaşmamalarını tövsiyyə edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb