Rusiyadan İsveç-NATO xəbərdarlığı

12:54 | 29.04.2016
Rusiyadan İsveç-NATO xəbərdarlığı

Rusiyadan İsveç-NATO xəbərdarlığı

Moskva İsveçin NATO-ya qoşulmaq qərarına hörmətlə yanaşacaq, ancaq hərbi alyansın sərhədlərinə yaxınlaşmasına qarşı "tədbirlər” görəcək. Bu xəbərdarlıqla Rusiyanın Xarici işlər naziri Sergei Lavrov çıxış edib.

"İsveç NATO-ya qoşulmağa qərar verərsə, bizə hücum qərarı verdiyini düşünmərik”, Lavrov aprelin 28-də İsveçin "Dagens Nyheter” qəzetinə deyib. "Ancaq bu halda İsveçin hərbi infrastrukturu NATO ali komandanlığına hesabat verəcəyindən, biz də şimal sərhədimiz boyunca gərəkən hərbi-texniki tədbirlər görməyə məcbur olacağıq. Nəzərə alacağıq ki, sərhədin o tayında Rusiyanı təhlükə kimi görən, onun qarşısını almağa çalışan hərbi-siyasi blok var”.

Lavrov-un sözlərincə, hansı addımların gərəkdiyinə Müdafiə Nazirliyi dəqiq qərar verəcək. O, Moskvanın "hansısa qarşıdurma xarakterli hərbi fəaliyyət”də maraqlı olmadığını bildirib, baxmayaraq ki, NATO və İsveçdə "russofobiya” yaranıb, Stokholm Avropanın Rusiyaya qarşı sanksiyalarına qoşulmağa qərar verib. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb