Rusiyalı yazar: ”Qazaxlardan dizi üstə üzr istəməliyik”

19:40 | 03.09.2014
Rusiyalı yazar: ”Qazaxlardan dizi üstə üzr istəməliyik”

Rusiyalı yazar: ”Qazaxlardan dizi üstə üzr istəməliyik”

Müasir rus etnoimperializminin ideoloqlarından biri və öz millətçi çıxışları ilə yadda qalan rusiyalı yazıçı Aleksandr Proxanov gözlənilmədən sensasiyalı açıqlama verərək, qazaxlardan dizi üstə üzr istəməyi vacib bilib.

 

Axar.az-ın Qazaxıstan mətbuatına istinadən xəbərinə görə, o bu barədə Moskvada fəaliyyət göstərən mərkəzi radio-stansiyaların birində canlı yayıma qoşulan dinləyicinin suallarını cavablandırarkən deyib.

 

Tərəflər arasındakı dialoqdan bəzi hissələri diqqətə çatdırırıq:

 

Dinləyici: - Mən Qazaxıstanın şimal əraziləri ilə bağlı “Seliger”də verilən suala toxunmaq istərdim və bəzi məqamları təhlükəli sayıram. Putin qazaxların dövlətçilik məsələsini gündəmə gətirdi. Amma baxın, görün bu gün nələr baş verir – Nazarbayev və onun çevrəsindəki şəxslər Avrasiya Birliyindən çıxmağı gündəmə gətiriblər. Bu bizim üçün dəhşətdir. Sonuncu müttəfiqimiz də bizə düşmən gözündə baxır. Biz qardaş ölkə olan Qazaxıstandan necə üzr istəməliyik?

 

Proxanov: - Düşünürəm ki, boğazımıza kəndiri bağlayıb dizi üstə Moskvadan Astanaya hərəkət etməliyik. Yəqin 4 günə ora çatarıq və bu vəziyyətdə - bizi dizi üstə görən qazax dostlarımız dediklərimizi bağışlayar.

 

Xatırladaq ki, bir neçə gün bundan öncə gənclərlə keçirilən forumda Prezident Vladimir Putin Rusiya-Qazaxıstan əlaqələrinə toxunub. Bildirib ki, bu vaxta qədər qazaxların dövləti olmayıb. Bu yanaşma Qazaxıstanda ciddi etiraza səbəb olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM