Rusiyalı biznesmen Qarabağa 1 milyon dollar ianə ayırdı

15:49 | 14.11.2015
Rusiyalı biznesmen Qarabağa 1 milyon dollar ianə ayırdı

Rusiyalı biznesmen Qarabağa 1 milyon dollar ianə ayırdı

Rusiyanın "Taşir” şirkətinin erməni əsilli prezidenti Samvel Karapetyan "Hayastan” ümumerməni fonduna 1 milyon dollar ianə ayırıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu vəsait Dağlıq Qarabağda 5 və daha çox uşağı olan ailələrə ev tikilməsi üçün sərf olunacaq. Rusiyalı milyarderin ayırdığı vəsait hesabına 21 çoxuşaqlı erməni ailəsi evlə təmin olunacaq. 

Layihənin tam gerçəkləşməsi üçün noyabrın 26-da erməni diasporu telemarafon keçirəcək və topladığı vəsaiti "Hayastan” fondunun hesabına əlavə edəcək.

"Forbes” jurnalının məlumatına görə Samvel Karapetyan 4 milyard şəxsi sərvətlə ən zəngin 26-cı Rusiya vətəndaşıdır. Ona məxsus "Taşir” şirkəti oktybarın 1-dən "Ermənistan elektrik şəbəkəsi” QSC-ni də satın alıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM