DJ Yağmur Güvən, Adana-Ukrayna Dostluq Mədəniyyət, Təhsil və Həmrəylik dərnəyinin sədri İrəm Tarı və vətəndaşlar Adananın Mərkəzi parkında bir yerə toplaşıb.
DJ-in müşayiəti ilə rəqqaslar Ata və Burcu İvak latın rəqsi nümayiş etdirib.
Yağmur Güven burada verdiyi açıqlamada Ukraynadakı müharibənin bir an əvvəl bitməsini arzulayıb.
Musiqinin universal bir dil olduğunu söyləyən Güven, "Pis günlərə qarşı ünsiyyət vasitəsi olmaq və heç tanımadığımız insanlarla dil, din, irq fərqi olmadan ünsiyyət qurmaq istədim. Ümid edirəm ki, məqsədimə çatdım", deyə bildirdi.
Dərnək sədri İrəm Tarı verdiyi dəstəyə görə Güvənə təşəkkür edib.
Tədbir Ukrayna Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
2022-ci ilin 24 fevralında Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
Ləman Qasımova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !