Rusiyaya gül keçirtmək istəyən azərbaycanlı saxlanılıb

10:00 | 08.03.2015
Rusiyaya  gül keçirtmək istəyən azərbaycanlı saxlanılıb

Rusiyaya gül keçirtmək istəyən azərbaycanlı saxlanılıb

Kalininqrad gömrükçüləri 15,5 min Polşa zanbağını ölkəyə buraxmayıblar.  Bu barədə vilayət gömrüyünün mətbuat katibi Oksana İvanova məlumat verib.


Onun sözlərinə görə, martın 6-da gecə Mamonovo buraxılış məntəqəsinə Azərbaycandan olan sürücünün idarə etdiyi "Ford” markalı avtomobil gəlib.


"Müfəttişlər avtomobilə baxış zamanı fitosanitar icazə sənədi olmayan müxtəlif rəngli 15,5 min təzə dərilmiş zanbaq aşkar ediblər”, - deyə İvanova bildirib.


Yükün ümumi çəkisi 695,75 kq. təşkil edib. Faktla bağlı inzibati hüquq pozuntusu barədə cinayət işi qaldırılıb. Bütün güllər yenidən Polşa ərazisinə geri qaytarılıb.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM