Rusiyaya qarşı sanksiyalar və təyyarə uçuşları - “AZAL”dan açıqlama

15:44 | 07.08.2014
Rusiyaya qarşı sanksiyalar və təyyarə uçuşları - “AZAL”dan açıqlama

Rusiyaya qarşı sanksiyalar və təyyarə uçuşları - “AZAL”dan açıqlama

“Avropa Birliyinin Rusiyaya sanksiyalar tətbiq etməsinin Azərbaycan Hava Yollarındakı uçuşlara hər hansı təsiri olmayacaq”. Bunu Modern.az saytına açıqlamasında  "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib. 
Onun sözlərinə görə, Avropa Birliyinin Rusiya aviaşirkətlərinin təyyarələrinin Avropa üzərindən uçuşlarını qadağan etməsi  Azərbaycandakı uçuş qiymətlərinə, uçuş saatlarının uzun və ya qısa olmasına hər hansı təsir göstərməyəcək.
Qeyd edək ki, Rusiya Avropa aviaşirkətlərinin Sibir üzərindən uçuşlarına qadağa qoyacağı təqdirdə Avropa Birliyi də Rusiya aviaşirkətlərinin təyyarələrinin Avropa üzərindən uçuşlarını qadağan edəcək. Bu barədə Avropa Komissiyasının Almaniyadakı rəsmi nümayəndəsi Rihard Künel məlumat verib.
***
Bu arada Rusiya öz ərazisindən başqa ölkələrə Ukrayna aviaşirkətlərinin tranzit reyslərinə qadağa qoydu. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, Rusiya öz hava məkanı vasitəsilə Ukrayna aviaşirkətlərinin Gürcüstana, Azərbaycana, Ermənistana və Türkiyəyə tranzit reyslərini dayandırır.
D.Medvedev qeyd edib ki, Rusiya Aİ ölkələri üçün transsibir marşrutları qaydalarına yenidən baxmağa, ABŞ ilə isə onlardan istifadə haqqında danışıqları dayandırmağa hazırdır.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM