Rza Zərrab şirkətinin adını niyə dəyişdirdi?

16:35 | 15.07.2014
Rza Zərrab şirkətinin adını niyə dəyişdirdi?

Rza Zərrab şirkətinin adını niyə dəyişdirdi?

Türkiyədə 17 dekabr əməliyyatı zamanı həbs edilən məşhur azərbaycanlı bisnesmen Rza Zərrabla bağlı daha bir maraqlı məqam üzə çıxıb.
 Lent.az-ın məlumatına görə, Zərrabın nəzarətində olan “Duru Döviz” şirkətinin ilk adının əslində “Durak Döviz” olduğu məlum olub. Adıçəkilən şirkət 1997-ci ildə yaradılıb. 2007-ci ildə şirkətin idarə heyəti təsis edilib və Zərrab idarə heyətinə sədr seçilib. Lakin 2009-cu ildə məşhur iş adamı sədrlikdən uzaqlaşıb. 2012-ci ildə bir zamanlar Zərrabın rəhbərlik etdiyi “Durak Döviz”in adı dəyişdirilərək, “Duru Valyuta və Qiymətli Mədənlər” adlanmağa başlayıb.
 
2014-cü ilin iyununda şirkətin idarə heyəti yenidən formalaşıb. Bundan başqa, şirkətin adı və əsas müqaviləsi dəyişdirilib. Şirkət hazırda “Xəyyam Döviz” adı altında fəaliyyət göstərir. Qeyd edək ki, hazırda şirkətin ümumi sərmayəsi 500 min tük lirəsi təşkil edir. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM